Kiyevin müsəlman qadınları 1 fevral - Ümumdünya Hicab Gününə həsr olunmuş ibrətamiz aksiya keçiriblər.
Arannews-Moderator.az-ın Ukrayna mediasına istinadla verdiyi xəbərdə deyilir ki, tədbirdə 200-ə yaxın insan iştirak edib. Müsəlman xanımlar şəhərin mərkəzi küçələrində rastlarına çıxan həmcinslərinə, o cümlədən digər dinlərdən olan qız və qadınlara çiçək veriblər.
![](https://moderator.az/fotobaza/orta/269259.jpg)