İslam İnqilabı qələbəsinin 41-ci ildönümü mərasimləri bu gün İran İslam Respublikasının banisi Həzrət İmam Xomeyni(r.ə)-in İrana tarixi qayıdışı ilə bir zamanda, bütün İslami İranda və digər ölkələrdə başlanıb.
Fəcr ongünlüyünün başlanması ilə bir zamanda və İslam İnqilabı qələbəsinin 41-ci ildönümü ərəfəsində İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei İran İslam Respublikasının banisi Həzrət İmam Xomeyni(r.ə)-in pak hərəmində olublar.

İslam İnqilabının Böyük Rəhbəri həmçinin yüksək dərəcəli şəhidlər- Ayətullah Beheşti, Rəcayi, Bahonər və 7 tir şəhidlərinin məzarları üstünə gedərək, Allah-Taaladan onlar üçün yüksək dərəcələr diləyiblər.
Həmçinin İran İslam Respublikası banisinin İrana tarixi girişinin 41-ci ildönümü mərasimi xalqın müxtəlif təbəqələrinin, şəhid ailələrinin, ölkə və ordu rəsmilərinin, eləcə də ilahi dinlərin davamçılarının iştirakı ilə Həzrət İmam Xomeyni(r.ə)-in pak hərəmində keçirilib.
Belə bir halda, inqilabçı xalqın iştirakı ilə Həzrət İmam Xomeyni(r.ə)-in Beheşti-Zəhra(s.ə.)-da əyləşdiyi məkan çiçək yağışına bürünüb. Mərasim iştirakçıları İran İslam Respublikasının banisi və İslam İnqilabının Böyük Rəhbərinin amalları ilə öz əhd-peymanlarını təzələyərək, şəhidlərin yüksək dərəcələrinə hörmət ifadə ediblər.
İslami İran məscidlərində şükr namazının qılınması, kilsələrin zəngləri, qatar və gəmilərin fitləri, məktəblərdə inqilab sədası zənginin çalınması, motosikletçilərin paradı, İmam Xomeyni(r.ə)-in Tehrandakı Meharabad hava limanından Beheşte-Zəhra(s.ə.)-dək getdiyi yolun çiçək yağışına bürünməsi bu günün digər tədbirlərindən olubdur.