Tarix : 2020 Feb 03
Kod 59379

Əbülfəz Bunyadov: Seçkimizin dördüncüləri

Müsəlman Birliyi Hərakatının İdarə Heyətinin üzvü, keçmiş siyasi məhbus Əbülfəz Bunyadov 2020 “Parlament ” seçkiləri barədə maraqlı bir yazı yazıb.

Arannews-Parlament seçkilərinə sayılı günlər qalmaqdadır. Heç şübhəsiz ictimai, siyasi düşüncələrdə seçki haqqında ikili fikirlər ötən illərdən fərqli olaraq bu seçkidə dördüncü dəstəni yaratdı desəm məncə yanılmaram.

İllərdir ki, seçkilərdə ümidli insanlar aktiv təbliğat apararaq seçkilərin effektiv və zərurətini böyük şövqlə söyləyləsələr də, onlara müxalif olaraq seçkidən heç bir ümidi olmayan, sifarişli və təyinatlı olaraq seçkini qəbul etməyib onu baykot edənlər də az olmayıb.
Üçüncülər, seçkilərin onlar üçün heç bir əhəmiyyət daşımadan maraqız və mənasız olduğunu, “zatən seçilən seçilibdə”-prinsipini rəhbər tutaraq bitərəf qalan cəbhə də bəllidir. Mənim 43 yaşım var və müstəqilliyimizdən üzü bu tərəfə bu üç cəbhənin hər bir fikir daşıyıcıları ilə birbşa və ya dolayısı ilə münasibətdə olmuşam. Lakin bu ilin seçkiləri dördüncüləri də üzə çıxardı deyə bu yazımı da bax onlara həsr etmək istəyirəm.
Onu deyim ki, seçkiyə dəstək verən dəstələr içində maraqlı şəxslərin daha çox yer alması bəllidir. Bəziləri seçilmək, bəziləri seçkilərdən qazanmaq, insafən bəziləri də demokratik cəmiyyətin qurulması ümidi ilə seçkilərə aktiv qoşulur. Seçkiləri baykot edənlər üçün də eyni sözləri fərqli rəqəmlərlə söyləyə bilərik.
Onların içində də siyasi maraqlar, mübarizə xətti tələb edən şəxslər kimi azad seçkinin baş tutmasına ümidi olan mübariz insan, vətənpərvər vətəndaşlar az deyil.
Üçüncülər, yəni seçkiyə gedənləri də əvvəldən mandatını alanlar və seçkiləri baykot edənlərin də əslində elə seçkiyə can atanların gizli müttəfiqi adlandıranlar seçkidən heç nə gözləməyən ümidizlərdir. Onlar hətta ərazilərində hansı şəxsin deputat olmasını belə bilmirlər. Özləri bemişkən, onlar gündəlik çörək pulunu qazanıb siyasətçilərə inanmayan böyük kütlədirlər. Amma bu seçki dövründə dördüncülər də peyda oldu. Və deyərdim böyük uğurla sevildilərdə. Bu Azərbaycan seçki tarixinin bir ilki idi. Düzdür bu artıq bir çox demokratik ölkələrdə görünən hal idi, lakin bizdə yenilik sayılırdı. Söhbət seçki prossesininin neqativ hallarını gülüş obyektinə çevirib kütləyə təqdim edələrdən gedir.
Seçki səhnəsində bir ilk olan bu sinif seçkilər dövründə yetərincə məşurlaşaraq yaltaq sima alan, hiyləgər oyun oynayan, bir sözlə seçki adında seçkinin hiyləgərliklərini səhnələşdirərək vayner şəklində sosial çarx olaraq təqdim edənlər idilər.
Bu hal müsbət olduğu kimi zatən ümidsizliyə düçar olan seçkiləri şübhə altına almaqla onu bir az da gözdən sala bildi. İnkişaf edən ölkələrdə seçkiyə olan böyük inamın fonunda belə roliklərin tənqid xarakterli olduğu halda bizim kimi ölkələrdə seçkiyə olan ümidsizliyi, böhranı daha da dərinləşdirdi. Mən şəxsən bu videoları seyr etdikcə seçkidəki mövcud vəziyyəti bir ürək ağrısı ilə seyr edərək gələcək üçün hələ nə qədər iş görməyin zərurətini düşünüb üzülürəm.
Bu bir həqiqətdir ki, hələ seçib seçilmək kimi ölkə yüklü, böyük əhəmiyyət daşıyan seçkilərin problemləri onun öz varlığından qat qat böyük və ağırdır. Seçiclilərlə görüşən namizədlərin görüş zamanı söhbətlərini seyr edincə isə dördüncülərin hələ neçə neçə çəkilməli mövzularının ssenarisinin şahidi oluram. Seçkilərə isə sayılı günlər qalır”.
  • Yazılıb
  • da (də) 2020 Feb 03
  • Göndərən جهان کمالی