Tarix : 2020 Feb 03
Kod 59381

Həcc ziyarətinə getmək üçün 30-dan çox adam müraciət edib

Azərbaycandan Həcc ziyarətinə getmək üçün 30-dan çox adam müraciət edib.

Arannews-Bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib. Məlumatda bildirilir ki, sənədlərin qəbulu yanvarın 24-dən başlanılıb və mayın sonuna qədər davam edəcək.

QMİ-dən həmçinin bildirilib ki, Həcc ziyarətinin 20 iyuldan 15 avqustadək olan tarixdə baş tutacağı gözlənilir.

Qeyd edək ki, bu il kvotanın sayı 1500, Həcc ziyarətinin qiyməti isə 4490 ABŞ dolları olacaq.

  • Yazılıb
  • da (də) 2020 Feb 03
  • Göndərən جهان کمالی