Tarix : 2020 Feb 03
Kod 59384

namaz məhbusu, ilahiyyatçı alim Şeyx Sərdarın geyim haqqında

Namaz məhbusu, üç uşaq atası Şeyx Sərdarı beynəlxalq hüquq təşkilatları siyasi məhbus kimi tanıyır.
  • Arannews-Vetenugrunda.az oxucularına namaz məhbusu, ilahiyyatçı alim Şeyx Sərdarın geyim haqqında çox mükəmməl bir moizəsini təqdim edir.

Qeyd edək ki, siyasi məhbus Şeyx Sərdar Akif oğlu Hacıhəsənli (Babayev Sərdar) 12 Mart 1974-cü ildə, Azərbaycanın Masallı rayonunda dünyaya gəlib.

Masallı rayon 1 saylı orta məktəbində təhsil alır.

Dinə olan sevgisi onu Molla Bəylərin yanına gəlir. Azərbaycanın bir çox tanınmış ruhanilərinin ustadı olan Molla Bəylər geniş zəkası olan Sərdarı tələbəliyə qəbul edir.

1991-ci ildə o, İran İslam Respublikasının Qum şəhərindəki Qum Elm Hövzəsində təhsilini davam etdirir.

Ruhaniləri bir araya yığmaq üçün Şeyx”Azərbaycan Ruhanilər Məclisi”ni təşkil edir. On illik təhsili dövründən sonra Hacı Sərdar hövzədə dərslərini bitirərək 2000-ci ildə Bişkek şəhərində yerləşən İran-Qırğızıstan unverstetinə müəllim kimi dəvət alır və o dəvəti müsbət qarşılayaraq Qırğızıstana köçür.

Səkkiz il o, bu ölkədə fəaliyyət göstərir.
2008-ci ildə uzun sürən səfərlərdən sonra nəhayət ki, Şeyx Sərdar öz vətəninə qayıdır.

Masallıda Qafqaz Müsəlmanları idarəsinin Cənub bölgəsi üzrə nümayəndəsi və qazisi Şeyx Sərdarı Masallı şəhər Cümə məcidində cümə namazı qılmağa dəvət edir. Şeyx razılaşaraq rayon mərkəzi məcidində cümə namazı qılmağa başlayır.

Məscid söküntülərində kəskin mövqeyi ilə mediada, məscid tribunaları ilə yanaşı Ruhanilər İdarəsindəki toplantıda iştirak edərək Şeyx Sərdar bu halı kəskin tənqid edib bunun yolverilməz olduğunu bildirir.

2014-cü ildə o təsisçisi və baş redaktoru olduğu “Maidə” saytının fəaliyyətinə başlayır.

2017-ci il fevralın 22-də Masallı rayon polis idarəsi İlahiyyatçı Sərdar Babayevi həbs edərək idarəyə gətirir. Qısa sürən dindirmədən ittiham irəli sürülür və ilahiyyatçı oradan Masallı rayon Məhkəməsinə gətirilərək barəsində 1 ay 7 gün müddətinə həbs-qətimkan tədbiri seçir. Bu müddətdə gedən istintaq vaxtın tamamında yenidən müddəti uzadaraq güya Şeyx Sərdarın xarici ölkədə təhsil alma səbəbi ilə xütbə etmək ixtiyarı olmadan qanunsuz cümə namazı qılmasını həbsin səbəbi olaraq göstərirlər.

İddiaya görə Azərbaycanın mövcud qanunları onun dini mərasim idarə etməsinə imkan vermir. Sərdar Babayev məhkəmə zamanı ittihamı sifariş kimi qiymətləndirib. O bildirib ki, xaricdə ali məktəbi 2000-ci ildə bitirib, yuxarıda qeyd edilən məhdudiyyət isə 2015-ci ildə tətbiq edilib. “Qanunun geriyə təsiri yoxdur”, deyə o xatırladıb. Lakin planlaşdırılmış həbs məhkəmənin qərarını öz təsiri altında saxlmaqla sürən məhkəmə dövrünü məlum iddihamla da məhdudlaşdırdı. 2017-ci il, 3 İyul tarixində Masallı Rayon Məhkəməsi hakim Anar Alməmmədovun sədirliyi ilə məhkəmədə ilahiyyatçı Sərdar Babayevə üç il azadlıqdan məhrumetmə barədə hökm çıxardı.

  • Yazılıb
  • da (də) 2020 Feb 03
  • Göndərən جهان کمالی