Tarix : 2020 Feb 04
Kod 59388

Keçmiş ABŞ rəsmiləri "əsrin müqaviləsi" planını pisləyir

Məktubda bir qrup keçmiş ABŞ rəsmiləri "əsrin müqaviləsi" adlı sazişi qınayıb. Şənbə axşamı İran Dövlət Televiziyası və Radiosundan alınan məlumata görə, ABŞ-ın keçmiş üç yüksək vəzifəli məmuru və diplomatı, 30 nəfərlik bir qrup, "əsrin müqaviləsi" planını tənqid edən bir məktubda bu planla razılaşmadıqlarını bildirib.

 Arannews-Parstoday-a istinadən verdiyi xəbərə görə, keçmiş səlahiyyətlilər, "əsrin müqaviləsi" planının Qərb sahilinin sionist rejim tərəfindən işğalı üçün əsas olduğunu və bunun ABŞ-ın milli maraqlarına zidd olduğunu etiraf edib. Keçmiş rəsmi şəxslər, Trampın, ABŞ-ın xarici siyasət prinsiplərini unutduğunu və onların birtərəfli olmamalı olduğunu söyləyib. Vaşinqtonun birtərəfli hərəkətləri ABŞ təhlükəsizliyi üçün uzun müddətli mənfi nəticələrə səbəb olacaqdır. ABŞ prezidenti çərşənbə axşamı İsrailin baş naziri Benyamin Netanyahu ilə birlikdə Ağ Evdə ABŞ-ın "əsrin müqaviləsi" planını açıqlayıb. "Əsrin müqaviləsi" Səudiyyə rejimi də daxil olmaqla, bir neçə ərəb ölkəsinin əməkdaşlığı ilə hazırlanan, Fələstin xalqının hüquqlarını pozmaq üçün yeni bir ABŞ hökumətinin planıdır. Plan, Qüdsü sionist rejiminə vermək və müqavimət qüvvələrinin döyüşməsinin qarşısını almaq, eyni zamanda fələstinli qaçqınları ölkələrinə qayıtmaq hüququndan məhrum etməkdən ibarətdir. Qərb Sahilinin 30 faizinin İsrail rejiminə verilməsi bu biabırçı planın başqa bir hissəsidir. Bu plana əsasən Fələstin yalnız Qərb Şəriyədə və Qəzza zolağında qalan torpaqlara sahib olacaq.

Bütün Fələstin qrupları və hərəkatları bu plana açıq şəkildə qarşı çıxıb. Dünyanın bir çox ölkələri, xadimləri, siyasi və din xadimləri, xüsusən də müsəlmanlar bu planı qınayıb.

  • Yazılıb
  • da (də) 2020 Feb 04
  • Göndərən جهان کمالی