Tarix : 2020 Feb 04
Kod 59389

Hacı Sərdar Hacıhəsənlinin həbs müddəti bu ay bitir

Şeyx Sərdar Hacıhəsənlinin (Sərdar Babayev) həbs müddəti bitir

Arannews-islamazeri.com xəbər verir ki, Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru Şeyx Sərdar Hacıhəsənlinin (Sərdar Babayev) həbs müddəti bu ayın (fevral) 22-si bitir.

Qeyd edək ki, o 2017-ci ilin fevral ayın 22-də saxlanılmış, ittiham irəli sürülmüş,  Masallı rayon Məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 168.1.1.3 maddəsi ilə  üç il müddətinə azadlıqdan məhrum edilmişdi. Apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsində baxılmış, o da ilahiyyatçıya verilən qərarı qüvvədə saxlamışdı.

  • Yazılıb
  • da (də) 2020 Feb 04
  • Göndərən جهان کمالی