Arannews-islamazeri.com xəbər verir ki, Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru Şeyx Sərdar Hacıhəsənlinin (Sərdar Babayev) həbs müddəti bu ayın (fevral) 22-si bitir.
Qeyd edək ki, o 2017-ci ilin fevral ayın 22-də saxlanılmış, ittiham irəli sürülmüş, Masallı rayon Məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 168.1.1.3 maddəsi ilə üç il müddətinə azadlıqdan məhrum edilmişdi. Apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsində baxılmış, o da ilahiyyatçıya verilən qərarı qüvvədə saxlamışdı.