Tarix : 2020 Feb 06
Kod 59391

Nüvə sənayesi İranın güc komponentlərindən birinə çevrilmişdir

Atom Enerjisi Təşkilatı sədrinin xüsusi işlər üzrə köməkçisi bildirib ki, Amerika kimi bir sıra ölkələr bu istehsal və nailiyyəti əsassız iddia adlandırırdılar, lakin bugün həmin məhsulun alıcısıdırlar.
Arannews-Atom Enerjisi Təşkilatı sədrinin xüsusi işlər üzrə köməkçisi Zarian İran nüvə sənayesi nailiyyətlərinə aid 52-ci sərginin açılış mərasimində deyib: “1979-cu ildə İslam İnqilabının möhtəşəm qələbəsi İranın elmi, siyasi və ictimai sahələrində əsaslı və heyrətləndirici dəyişikliklərinin başlanğıcı oldu. Bu inqilab İranın şərəfli xalqının başucalıq, izzət, iftixar, milli və müstəqillik qürurunun güclənməsinə səbəb oldu, imperializm və istismar sisteminin ölkəmizə uzanan əlini kəsdi.”
Zarian vurğulayıb: “Düşmənin məqsədi odur ki, İranda (uran) zənginləşmə olmasın. Bunun üçün də müxtəlif sahələrdə hər cür vasitələrə əl atır. Onlar iranlı gənc mütəxəssislərdə qorxu yaratmaq məqsədilə hətta Məcid şəhriyarların fiziki aradan götürülməsi kimi vasitələrə əl atdılar. Lakin bu fədakar cavanlar öz hədəflərinə çatmaq üçün iradələrini daha da möhkəmləndirdilər.”
Sədr köməkçisi deyib: “Bu gün nüvə sənayesi İslami İranın güc komponentlərindən birinə çevrilmişdir. Atom Enerji Təşkilatında heç bir şey bizim üçün qeyri-mümkün deyil. Dünyada cəmi 5 ölkə bu texnologiyaya sahibdir.”
Zarian bəzi ölkələrin, o cümlədən Amerikanın bu istehsal və nailiyyəti əsassız iddia adlandırmasına baxmayaraq, bugün bu məhsulun alıcısı olduğunu və İranın öz ehtiyacından artıq qalan 70 ton ağır suyu Rusiya və Amerikanın aldığını bildirərək deyib: “Hər iki ölkənin istinad labaratoriyaları, o cümlədən Amerikanın Savanariyo Labaratoriyası İranın ağır suyunun keyfiyyətinin çox yüksək olduğunu təsdiq etmişdir. Bu elm istehsalının nəticələri, sonra isə bu elmi texnologiyaya çevirmək, sonda isə ölkə üçün elmi güc və sərvət istehsalıdır.
Təşkilatın nüvə sənayesi üzrə işləri düşmənin ümidini puça çıxartmışdır. İnşallah 8 apreldə 70-dən çox yeni nailiyyətin açılışı və təqdimatı olacaq.”
  • Yazılıb
  • da (də) 2020 Feb 06
  • Göndərən جهان کمالی