Tarix : 2020 Feb 07
Kod 59398

Prezident türkiyəli həmkarına başsağlığı verdi

Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

Arannews-Bununla bağlı müvafiq mətn Prezidentin saytında dərc olunub. 

Başsağlığı mətnində deyilir: 

“Hörmətli cənab Prezident, 

Əziz Qardaşım,

Vanda baş vermiş qar uçqunu nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!”

  • Yazılıb
  • da (də) 2020 Feb 07
  • Göndərən جهان کمالی