Bakıda Türk Şurası Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclası başa çatıb.
İclasda Fəxri Prezidentin statusunun müəyyənləşdirilməsi, təşkilata üzv olmayan ölkələr, habelə beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub.
İclasda Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yolları da müzakirə edilib.
XİN başçıları üzv ölkələr arasında iqtisadi əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi, təşkilat daxilində birliyin gücləndirilməsinin vacibliyini vurğulayıblar.
Təşkilatın perspektivlərini müəyyən edən “Türk Şurası 2025” adlı yeni strategiya da müzakirə edilən məsələlər arasında yer alıb.