Tarix : 2020 Feb 08
Kod 59401

Gürcüstan Prezidenti BGMİ-nin azərbaycanlı Şeyxi və digər din xadimlərilə görüşdü

Salome Zurabişivili ölkədə mövcud olan müxtəlif dini konfessiyanın rəhbər və nümayəndələrini qəbul edib

Arannews-islamazeri.com xəbər verir ki, Gürcüstan prezidenti Salome Zurabişivili ölkədə mövcud olan müxtəlif dini konfessiyanın rəhbər və nümayəndələrini Prezident iqamətgahında qəbul edib.

Görüşdə çıxış edən dövlət başçısı bildirib ki, Gürcüstan əhalisinin əksəriyyəti gürcü provaslav inancına mənsub olsalar da çoxdinli ölkəmizdə digər dinlərin də öz məxsus yeri var. Gürcüstanda bütün dinlər üçün tam azad şərait, onlar arasında tolerant münasibət və qarşılıqlı əlaqə mövcuddur: “Bu, Gürcüstanın unikallığından xəbər verir. Bu cür münasibətlər ölkəyə və cəmiyyətə sülh gətirir. Bu sülh dünya ictimaiyyətində gərginlik, mübahisələr, qütbləşmə və nifrətin alovlandırılmasının müşahidə edildiyi bir vaxtda olduqca gərəklidir”.

Tədbirdə Müsəlman icması tərəfindən Gürcüstan Müsəlmanları İdarəsinin (BGMİ) şeyxi Hacı Ramin İgidov, BGMİnin Şərqi Gürcüstan üzrə müftisi Hacı Yasin Əliyev və Qərb üzrə müftisi Hacı Adəm Şantadze iştirak edib.
Tədbirdə xatirə fotoları çəkilib, dini icma nümayəndələri prezidentlə söhbət edib, fikirlərini bölüşüblər.

  • Yazılıb
  • da (də) 2020 Feb 08
  • Göndərən جهان کمالی