Tarix : 2020 Feb 08
Kod 59402

Ərdoğan: "ABŞ məni və Türkiyənin xüsusi xidmət orqanlarının rəhbərini təhdid edir

Türkiyə prezidenti çərşənbə günü ABŞ hökumətinin onu, maliyyə qurumlarını və Türkiyə kəşfiyyatının rəhbərini təhdid etdiyini söyləyib. Rəcəb Tayyib Ərdoğan çıxışı zamanı bir daha ABŞ prezidenti tərəfindən tətbiq olunan "əsrin müqaviləsi" layihəsi ilə razılaşmadığını bildirib.
Arannews-Deyerler.org"un Parstoday-a istinadən verdiyi xəbərə görə, Ərdoğan bildirib: "Hal-hazırda ABŞ şəxsən mənə və kəşfiyyat rəhbərimə hədə-qorxu gəlir. Bundan əlavə ABŞ ölkəmizin bəzi maliyyə qurumlarını təhdid edir. Lakin ABŞ, nə edəcəyindən asılı olmayaraq, məqsədinə çatmayacaq". Bundan əvvəl, bəzi Türkiyə mediası, Türkiyə kəşfiyyat rəhbəri Hakan Fidanın sionist terror nəşrində yayımlanan məqaləsini, ABŞ terroru ehtimalı kimi şərh edib. Sionist baş nazir Netanyahuya yaxın mərkəzçi sağ sionist nəşrlərdən biri, şəhid general Qasim Süleymaniyə qarşı edilən terror hadisəsindən sonra, eyni addımın Türkiyə xüsusi xidmət orqanlarının rəhbəri Hakan Fidana qarşı atıldığını yazır.
  • Yazılıb
  • da (də) 2020 Feb 08
  • Göndərən جهان کمالی