Tarix : 2020 Feb 08
Kod 59404

İnqilab Rəhbəri: “Əsrin sövdələşməsi” Trampın ölməsindən qabaq öləcək

İslam İnqilabının Böyük Rəhbəri vurğulayıblar ki, Amerikanın “əsrin sövdələşməsi” planı Trampın ölməsindən qabaq öləcək. O həzrət əlavə ediblər: Bu plan ilə mübarizə yolu, Fələstin xalqının və fələstinli qrupların müqaviməti və şücaətli cihadı, həmçinin İslam Dünyasının himayəsidir.

Arannews-ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei bu gün səhər İran xalqının müxtəlif təbəqələrindən olan minlərlə nəfərlə görüşdə amerikalı zorakılar və dikbaşların “əsrin sövdələşməsi” planını təqdim etmələrinə işarə edərək, deyiblər: Amerikalılar öz ürəklərini xoş ediblər ki, böyük ad qoymaqla Fələstin xalqına qarşı planları uğur qazanacaq. Halbuki onların bu hərəkəti axmaqcasına və xəbiscəsinə bir hərəkətdir və elə məsələnin başlandığı andan onların zərərinə qurtarıbdır.

İslam İnqilabının Böyük Rəhbəri “əsrin sövdələşməsi” planını amerikalıların hoqqabazlıqlarının aşkar nişanəsi adlandırıb və belə söyləyiblər: Amerikalılar sionistlərlə onlara məxsus olmayan bir məsələ barədə sövdələşiblər.

Həzrət Ayətullahuluzma Xamenei əlavə ediblər: Öz xalqları arasında da dəyərsiz və abırsız olan bir neçə xain ərəb başçısının rəğbəti və əl çalmasının əhəmiyyəti yoxdur və zalım qüvvələr aparatının Fələstin məsələsinin unudulmasına dair sabit siyasətinin əksinə olaraq, onların bu işi Fələstin məsələsinin canlanmasına səbəb oldu və bütün dünyada Fələstinin adı və məzlumluğu, həmçinin fələstinli məcmuələr dillər əzbəri oldular.

O həzrət zalım qüvvələrin silah və pul gücünə bu planı irəlilətməyə çalışmalarına işarə edərək, vurğulayıblar: İnanırıq ki, silahlı fələstinli təşkilatlar dayanacaq və müqaviməti davam etdirəcəklər. İran İslam Respublikası quruluşu da öz vəzifəsini fələstinli qrupları himayə etmək bilir. Buna görə, hər cür və bacardığı qədər onları himayə edəcək və bu himayə İran İslam Respublikası quruluşunun və İran xalqının istəyidir.

İslam İnqilabının Böyük Rəhbəri Fələstin məsələsinin əsas əlacını, İran İslam Respublikasının beynəlxalq mərkəzlərdəki “elan və qeyd olunmuş prinsipial həll yolu”, yəni “Fələstin əslli xalqın nəzərinin öyrənilməsi adlandırıb və belə deyiblər: Fələstin məsələsinin həlli və sülh üçün yeganə yol, müsəlman, xristian və yəhudi olmaqla hər dindən olan Fələstin əslli xalqın nəzərinin öyrənilməsidir ki, onların ümumi rəyi ilə nəzərdə tutduqları quruluş bütün Fələstin ərazisinə hakim kəsilmiş olsun və fələstinlilərin özləri Fələstin, həmçinin Netanyahukimilər və başqaları barədə qərar çıxarsınlar.

Həzrət Ayətullahuluzma Xamenei sonda vurğulayıblar: İnşaallah, bu məqsəd, həyata keçəcək və siz gənclər o günü görəcək və Allah-Taalanın lütfkarlığı ilə Beytulmuqəddəsdə namaz qılacaqsınız.
























 

.............

  • Yazılıb
  • da (də) 2020 Feb 08
  • Göndərən جهان کمالی