Tarix : 2020 Feb 09
Kod 59408

Nazirlərin Qarabağ razılaşması: rezonans doğuran "xəbər.

Laçın rayonu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişənin həllində əsas müzakirə mövzusudur. Amma Vitali Balasanyanın Laçın rayonunun ərazisində ermənilərlə azərbaycanlılar arasında birgə yaşayış məntəqələrinin tikilməsi barədə açıqlaması həqiqəti əks etdirmir.

Arannews-Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. O bildirib ki, Azərbaycan və Ermənistan XİN başçılarının görüşündən sonra bəzi yalan məlumatlar yayılır:

“Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündən sonra mətbuatda bir çox yalan və əsassız məlumatlar yayılır. Düşünürəm ki, Vitali Balasanyanın Laçın rayonunun ərazisində ermənilərlə azərbaycanlılar arasında birgə yaşayış məntəqələrinin tikilməsi barədə açıqlaması həqiqəti əks etdirmir. Birincisi, nazirlərin görüşündən sonra bu haqda rəsmi məlumat verilməyib. Digər tərəfdən, belə bir razılaşmanın əldə olunması danışıqlar prosesinə ziddir.

Vitali Balasanyan onda olan etibarlı informasiyadan bəhs edir. Lakin bu informasiyanın nə mənbəyi haqda danışır, nə də istinad verir. Bu da öz növbəsində xəbərin dezinformasiya olduğunu göstərir. Əslində bunda təəccüblü bir şey yoxdur. Biz artıq erməni tərəfinin bu cür yalan informasiya yaymasına öyrəşmişik. Çünki oxşar hadisələr əvvəllər də olub. İravanın məkrli siyasəti öz növbəsində informasiya müharibəsindən xəbər verir. Yəni belə bir xəbərin Azərbaycanda necə rezonans doğuracağını yaxşı bilirlər. Digər tərəfdən qeyd etdiyim kimi, belə bir razılaşma hazırki danışıqlar prosesi çərçivəsində imkansızdır. Çünki hər iki xalqın yenidən birlikdə yaşaması prosesi bir qərarla olmur. Bunun üçün uzun zaman lazımdır”.

Politoloq danışıqların hazırki vəziyyətindən də danışıb:

“Azərbaycan tərəfi münaqişənin sülh yolu ilə həll olunmasında hər zaman maraqlıdır. Bunun üçün erməni tərəfi qoşunlarını işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlardan çıxarmalıdır. Bu günə qədər danışıqların əsas mövzusu bu olub.”.

  • Yazılıb
  • da (də) 2020 Feb 09
  • Göndərən جهان کمالی