Tarix : 2020 Feb 11
Kod 59415

Tale Bağırzadə MBH üzvlərinə qarşı təzyiqlərdən yazdı

Müsəlman Birliyi Hərəkayının sədri Tale Bağırzadə son günlər rəhbəri olduğu hərəkatın üzvlərinə qarşı təzyiqlərə münasibət bildirib.

O, bu barədə fikirlərini bölüşən məktub ünvanlayıb və Müsəlman Birliyi Hərəkatının rəsmi facebook səhifəsində yayımlanıb: 

"Qanunların rəhbər olmadığı cəmiyyətdə qanunsuzluq rəhbər olacaq. Varlığı elə ilk gündən hakimiyyətdə qıcıq yaradan Müsəlman Birliyi Hərəkatına qarşı hər ötən gün artan təzyiqlər narhatlıq yaratmaya bilmir. Hakimiyyət tərəfindən Hərəkat üzvlərinin hər bir fərdinin nəzarət altında saxlanılmaları, tez-tez Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağrılmaları hələ də qanunların işləmədiyi ölkənin mövcud vəziyyətini çılpaqlığı ilə göstərməkdədir. İctimai-siyasi mövqeyinə görə məhdudlaşdırılan MBH və onun üzvləri səbəb göstərilmədən tez-tez güc strukturları tərəfindən hədələnir, çağırılır, dindirilir və təhqir belə olunurlar. Bəzən isə bununla da kifayətlənməyən qoluzorlular bir az da irəli gedərək saxlanılanlara qarşı zor tətbiq edirlər. Bir neçə gün öncə hava limanında qanunsuz saxlanılan hərəkat üzvü Elvin Mürvətoğluya qarşı BMCMİ-də fiziki güc nümayiş etdirmək belə özbaşnalığın bariz nümunəsi idi. Biz bu və bu kimi halların yolveilməz olduğunu bildirir, hakimiyyətdən MBH-ya qarşı təzyiq, təqib və işgəncələrlə nümayiş etdirdiyi özbaşnalığına son verməyi tələb edirik.

 

Tale Bağırzadə.
Qobustan həbsxanası.

  • Yazılıb
  • da (də) 2020 Feb 11
  • Göndərən جهان کمالی