Tarix : 2020 Feb 13
Kod 59422

Ərdoğan: Suriya ordusunu hər yerdə vuracağıq

Son günlər Suriyanın İdlib bölgəsi ətrafında baş verən hadisələr dünyada maraqla izlənilir. Suriya ordusunun İdlibdə yerləşmiş terrorçulara qarşı başlatdığı genişmiqyaslı əməliyyatlar zamanı ərazidə olan türk əsgərləri də zərər çəkib. Türkiyə iki gündə 14 əsgərini itirib. Suriya ordusu isə 12 illik fasilədən sonra Hələb-İdlib yolunun terrorçuların nəzarətində olan hissəsini azad edib.

Türkiyə başverənlərlə bağlı NATO-ya müraciət edib və İdlibdə birgə əməliyyata çağırıb. ABŞ adından danışan ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Robert Obrayn bildirib ki, İdlibdə əməliyyat keçirmək niyyətində deyillər. 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə bu gün verdiyi açıqlamada bildirib ki, Suriya ordusunu fevral ayının sonuna kimi Türkiyənin müşahidə nöqtəsindən uzaqlaşdıracaqlar: "Bu gündən sonra hər hansı bir əsgərimizə hücum olarsa, Suriya ordusunu hər yerdə vuracağıq. İdlibdə Əsəd rejimi ruslarla birlikdə terrorçulara qarşı deyil, birbaşa dinc xalqı hədəf alırlar. Məqsədləri mülki vətəndaşları ölkəmizin sərhədlərinə doğru hərəkətə məcbur edərək özlərinə ərazi açmaqdır.

  • Yazılıb
  • da (də) 2020 Feb 13
  • Göndərən جهان کمالی