Tarix : 2020 Feb 14
Kod 59424

Türk inqilabçı: İmam Xomeyninin (r) hədəfi bu idi ki, dünyada pənahsız məzlum qalmasın

Türkiyənin Qüds telekanalının rəhbəri Nurəddin Şirin: “Məzlumları müdafiə etmək İmam Xomeyninin (ə) taktikası və ya ötəri siyasəti deyildi. İmam Xomeyni (r) iman, əqidə üzündən, Əhli-beyt (ə) məktəbi və İmam Hüseyn (ə) şəhadəti əsasında məzlumları müdafiəyə qalxdı. Çünki İmam Hüseyn (ə) şəhadətində Qüdsün azadlığı, sionist rejimin məhvi və dünya imperializminin ayaqlarının sınması gizlənmişdir.”
AranNews – İran İslam İnqilabı qələbəsinin 41-ci ildönümü münasibətilə Təbrizdə keçirilən “Dünya İnqilabı və Dünyada İnqilab” adlı konfransda iştirak edən Türkiyə Qüds telekanalının rəhbəri Nurəddin Şirinin çıxışı xüsusi məsələləri ehtiva edirdi.
Nurəddin Şirin konfransdakı çıxışında dedi: “Türkiyədən bir qardaş olaraq siz bacı-qardaşların hüzurunda İmam Xameneinin “vahid İslam ümməti” sözlərindən ilham alaraq türk, kürd, ərəb, şiə, sünni yanında Allah ordusu ümməti və müqavimət cəbhəsinin üzvü olmağı, həmrəyliyi, bir-birimizin yanında olmağı, anlaşmağımızı və müştərək dərkimizi mübarək sayıram, bir ümmətdən, bir yolda, bir bayraq altında, imamət və vilayət ardıcılı, bir ortaq məqsəd yolunda olmağımızdan qürur və sevinc hissi duyuram və deyirəm: dünyanın altında və üstündə hər nə varsa bir yerə qoysaq, bir bəsicinin corabı qədər dəyəri yoxdur.”
İnqilabçı fəal Amerika-sionist-ərəb planı ilə Türkiyə hökumətinə qarşı yönəlmiş 2016-cı il 15 iyul çevrilişinin qarşısının alınmasında general Qasim Süleymaninin roluna toxunaraq dedi: “Türkiyə siyasətçiləri və hərbçiləri arasında iranlı sərkərdənin Türkiyə üçün etdiyi xidməti heç kim etməyib.”
Qüds TV-nin rəhbəri şəhid general Qasim Süleymanini İslam ümməti və sionistlər əleyhinə müqavimət cəbhəsinin layiqli komandiri adlandıraraq, uca məqamlı bu şəhidin tamamilə sionistlərin nüfuzu altında olan Amerika imperialist dövlətinin əli ilə terror edilməsinin əsas səbəbinin də həmin məsələ olduğunu bildirdi.
Nurəddin Şirin vurğuladı: “Seyid Həsən Nəsrullahın sözü ilə desək: Trampın başını və Amerikanın bütün generallarını bir tərəfə qoysaq, onların hamısının dəyəri Hacı Qasim Süleymaninin ayaqqabısının dəyəri qədər olmaz”.
İnqilabçı fəal çıxışının davamında dedi: “Hacı Qasim Süleymaninin ruhunun orada olduğu mərasim, peyğəmbərlər məclisidir, Əmirəlmöminin (ə), İmam Hüseyn (ə), həzrət Zəhra (ə), Abbas (ə), Qasim (ə), Rüqəyyə (ə) məclisidir. Bu məclisin dəyər və əhəmiyyətinin mənasına diqqət etmək lazımdır. Biz İran İslam İnqilabının qələbəsindən sonra bu günədək 41 qələbə ildönümünü geridə qoyduq. İnqilabın qələbəsindən bu günədək bütün imperialist qüvvələrin bu inqilabı məğlubiyyətə uğratmaq üçün əllərindən gələni etdiklərini görürük. Hətta onlar münafiqləri silahlandırdılar, lakin bacarmadıqlarını gördükdə Səddamı İranla müharibəyə daxil etdilər, bütün Avropa və ərəb ölkələrindən Səddama dəstək verməyi istədilər.”
Türkiyəli siyasi təhlilçi əlavə etdi: “İmam və İnqilabın hədəfi təkcə müharibədə qalib gəlmək deyil, bütün məzlum İraq xalqını hər dildə, hər məzhəbdə olmasından asılı olmayaraq azad görmək, dünyada heç bir məzlumun pənahsız olmaması, Qüds və Fələstinin işğal altında qalmaması idi.”
  • Yazılıb
  • da (də) 2020 Feb 14
  • Göndərən جهان کمالی