Tarix : 2020 Feb 15
Kod 59427

Həzrəti Zəhranın (s.ə) mövluduna həsr edilmiş tədbir keçirilib

Azərbaycan İslam Partiyasının Qadınlar Şurasının təşklatçılığı ilə Həzrət Fatimeyi-Zəhranın (s.ə) mövluduna həsr edilmiş bayram tədbiri keçirilib

Azərbaycan İslam Partiyasının Qadınlar Şurasının təşklatçılığı ilə Həzrət Fatimeyi-Zəhranın (s.ə) mövluduna həsr edilmiş bayram tədbiri keçirilib. 

 

Tədbiri giriş sözü ilə açan Qadınlar Şurasının sədri Növrəstə İbrahimova Həzrət Fatimeyi-Zəhranın əzəmətindən, onun Allahın yanındakı məqamından danışıb. O, xanımları Həzrət Fatimədən nümunə götürməyə, ona  layiq olmağa dəvət edib: "Yer üzündə Həzrət Fatimə kimi atasına qayğı göstərən, həyat yoldaşına xanımlıq edən, övladına yüksək əxlaqlı tərbiyə edən bir qadın olmayıb. Bu sosioloji fiqurların hamısının qadın simasında birləşməsinin yeganə nümunəsi Həzrət Fatimeyi-Zəhradır.” 

 

Daha sonra söz AİP-in sədr əvəzi, ilahiyyatçı alim Hacı İlham Əliyevə verilib. O, Fatimeyi-Zəhranın (s.ə) mövlüdü münasibətiylə bütün müsəlman xanımları təbrik edib.

 

O bildirib ki, günümüzdə Azərbaycan cəmiyyətinin və ailə başçılarının belə bir nümünəvi şəxsiyyətin örnəyinə böyük ehtiyacı var: “Xanım Fatimeyi-Zəhra (s.ə) cəmiyyət üçün İmam Həsən (ə), İmam Hüseyn (ə), Xanım Zeynəb kimi övladlar böyüdüb təqdim edib. Bunun səbəbləri ailədə xanım öz həyat yoldaşına olan münasibətdən irəli gəlir. İmam Əli (ə) buyururdu ki, mənim evimə daxil olan gündən dünyasını dəyişinə qədər Fatimeyi-Zəhra (s.ə) məni əsəbləşdirmədi."

 

Tədbirin sonunda Xanım Fatimeyi-Zəhranın (s.ə) mövlüdü münasibəti ilə xanımlara hədiyyələr təqdim olundu.

  • Yazılıb
  • da (də) 2020 Feb 15
  • Göndərən جهان کمالی