Tarix : 2020 Feb 16
Kod 59430

Azərbaycan səfiri Çindən təxliyə olunan şəxslərlə görüşüb

Azərbaycan səfiri Çindən təxliyə olunan şəxslərlə görüşüb

Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim Çindən Türkiyə Ordusuna məxsus təyyarə ilə təxliyə olunmuş 6 Azərbaycan vətəndaşı ilə görüşüb.

 iki həftədir Türkiyə ərazisində karantində olan azərbaycanlılar bu gün təyyarə ilə Bakıya yola düşəcəklər.

Azərbaycan Tanıtım Evində keçirilən görüşdə həmin vətəndaşlar Uhan şəhərindən çıxarıldıqları, bütövlükdə Çindəki koronavirusla bağlı vəziyyət barədə səfirə məlumat veriblər.

Ötən gün Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca Uhandan təxliyə olunmuş şəxslərin karantin müddətinin başa çatdığını, onların heç birində koronavirusun aşkarlanmadığını açıqlamışdı.

  • Yazılıb
  • da (də) 2020 Feb 16
  • Göndərən جهان کمالی