Paşinyan Ermənistan gündəmində Şahumyanın işğalı məsələsinin yoxluğu barədə şübhələri dağıdıb: “Mənim addımım”
Arannews-Paşinyan Ermənistan gündəmində Azərbaycan tərəfindən Şahumyanın işğalı məsələsinin yoxluğu barədə şübhələri dağıdıb. Bu barədə Parlamentin ənənəvi brifinq zamanı “Mənim addımım” fraksiyasının deputatı Tatevik Hayrapetyan Berlində Nikol Paşinyanın bəyanatına toxunaraq qeyd edib. O vurğuladı ki, keçmişdə dəfələrlə Ermənistan rəhbərliyinin bu məsələ ilə bağlı səssiz qalması ilə əlaqədar narahatlıqlar və şikayətlər səslənilib.
“Məncə, Ermənistan baş naziri bu məsələdə nöqtə qoydu. Ermənistan ilk dəfə dövlət rəhbəri səviyyəsində Berlində Azərbaycan tərəfindən Şahumyanın işğalı məsələsini qaldırdı. Bu barədə əvvəlki hakimiyyətlər susurdu”- deyə o, qeyd etdi.
Qeyd edək ki, dünən Berlində “Ermənistan-Almaniya: yeni nişanlar altında davamlı tərəfdaşlıq” mövzusunda müzakirələr zamanı azərbaycanlı iştirakçının sualını cavablandıran Ermənistanın Baş naziri, Şahumyan bölgəsinin Azərbaycan tərəfindən işğalı faktını xatırlatdı.