Tarix : 2020 Feb 17
Kod 59439

Həcc ziyarətinə getmək üçün 150 nəfər müraciət edib

Azərbaycandan Həcc ziyarətinə getmək üçün 150 nəfər müraciət edib.

Arannews-bu barədə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, sənədlərin qəbulu yanvarın 24-dən başlanılıb və mayın sonuna qədər davam edəcək. 

QMİ-dən həmçinin bildirilib ki, bu il Həcc ziyarəti üçün kvotanın sayı 1500 nəfər təşkil edir. Ziyarətin qiyməti 4490 ABŞ dolları olacaq.

  • Yazılıb
  • da (də) 2020 Feb 17
  • Göndərən جهان کمالی