Arannews-islamazeri.com xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə fevralın 18-də Səudiyyə Ərəbistanına səfərə yola düşür.
Bu haqda qurumun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, səfər çərçivəsində QMİ sədri KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Direktorlar Şurasının 21-ci sessiyasında iştirak edəcəkdir. QMİ sədrinin krallığın rəsmiləri ilə də görüşləri nəzərdə tutulur.