Tarix : 2020 Feb 18
Kod 59441

"Ad günün mübarək gənc fateh

17 fevral Nardaran məhbusu Ramin Yarıyevin doğum günüdür. Bu münasibətlə keçmiş siyasi məhbus, jurnalist Əbülfəz Bünyadov onu təbrik edib. Təbrik yazısını vetenugrunda.az-a göndərib.

"Arannews-Yalnız həyatımda bircə dəfə gördüyüm bu şəxs o zamanlar mənə olduqca uzaq və yad, əlaqələrimiz qurulduqca isə sonuz doğma və əziz birinə çevrildi. Məhz elə bu səbəbdəndir ki, hal hazırda mütaliə etdiyiniz bu yazı belə bir bağlılığın nəticəsi olaraq ərsəyə gəlib.

Nardaran hadisəsi ilə maraqlanan hər bir şəxs az da olsa onun haqqında məlumata malik olduğuna əminəm. O, ilk həbs olunan şəxslər sırasında yer almaqla yanaşı ən az yaşlı Nardaran məhbusu idi. Siyasi məhbus statusunu alan bu gəncin soyadı da özü kimi diqqətçəkən idi: Yarıyev.

Yəqin xatırladınız: Ramin Yarıyev. Mən onu həyatım boyu qeyd etdiyim kimi yalnız bir dəfə, ötəri olaraq görmüşdüm, elə evimizdə qonaq olduğu vaxtlarda. O zaman hələ yetkinlik yaşına çatmamışdı Ramin. Sakit, sadə və yaraşıqlı, eyni halda mübariz, mətin və əqidəli.

O günlər onun haqqında nə düşündüyümü xatırlamıram, lakin illər sonra, 2019-cu ilin sonları həyat bizi ikinci dəfə görüşdürdü. Onun telefonda həzin səsini eşitdim, həmən doğma və məhrum səs. Bu bizim uzun illərdən sonra ilk, lakin davamlı münasibətimizin başlanğıcı oldu. 

Hər zəngində daxili aləminə vurğunluğum daha da artan bu gənc həqiqətən də mənəviyyat zəngiliyi daşıyan bir insan idi. Onun cəsarəti, imanı və mənəviyyatı az yaşlı olmasına baxmayaraq irsi və dini vəhdətdən təşəkkür tapmış bir özəllik idi. Bu düşdüyü vəziyyətin immitasiyası yox, həqiqətin tərənnümü olaraq onun varlığında təcəlla edirdi. 

Bu gün bu və sair özəllikləri özündə ehtiva edən Ramin Yarıyevin ad günüdür. Həyatının artıq dördüncü ad gününü, 22-ci yaşını həbsxana divarları arxasında qeyd edən şəfqətli gənci öz adımdan, haqq sevən insanlar adından səmimi qəlbdən təbrik edirəm. Azadlıq müstəsna haqqı olan Ramin təkcə ailəsinə deyi, vətəninə, xalqına, millətinə gərəkli oğuldur. Həmişə haqqın yanında, vətəninin keşiyində, sevdiklərinin qəlbində olmaq diləyi ilə, ad günün mübarək gənc fateh.

Əbülfəz Bünyadov".

YADDAŞ

Ramin Yarıyev  Taleh Bağırzadə və onunla birlikdə mühakimə olunan daha 16 nəfər 2015-ci il noyabrın 26-da DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Nardaranda keçirdiyi və ikisi polis olmaqla, altı nəfərin qətli ilə nəticələnın əməliyyat nəticəsində həbs olunub. 25 yanvar 2017-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsi "Nardaran işi -1" üzrə hökm çıxarıb.

Hökmə əsasən, Tale Bağırov 20 il, Abbas Hüseynov 20 il, Fuad Qəhrəmanlı 10 il, Rasim Cəbrayılov 17 il, Zakir Mustafayev, Cabbar Cabbarov 19 il, Cahad Babakişizadə, Şamil Abduləliyev, Aqil İsmayılov, Ramin Yariyevin hər biri 10 il, Abbas Quliyev 14 il 6 ay, İbrahim Xudaverdiyev 14 il 6 ay, Etibar İsmayılov 14 il 6 ay, Bəhruz Əskərov 14 il 6 ay, Əli Nuriyev, Əlibala Vəliyev, Fərhad Balayev 14 il 6 ay, Abbas Tağızadə 14 il 6 ay azadlıqdan məhrum ediliblər.

20 iyul 2017-ci il tarixində Bakı apellyasiya Məhkəməsi bu hökmdən verilən şikayəti təmin etməyib.

Ramin Yarıyev həbs edilənlər arasında ən azyaşlısı idi.

Vetenugrunda.az və Repressiya İşgəncələr Əleyhinə Komitə adından siyasi məhbus Ramin Yarıyevin doğum gününü təbrik edirik!

  • Yazılıb
  • da (də) 2020 Feb 18
  • Göndərən جهان کمالی