Tarix : 2020 Feb 19
Kod 59445

Azərbaycan Respublikası şiələrinin Ali Məqamlı Rəhbərə hədiyyəsi-Foto

Azərbaycan Respublikası şiələrinin Ali Məqamlı Rəhbərə hədiyyəsi

Şəhid general Qasim Süleymaninin 40 mərasimində iştirak etmək üçün İrana səfər etmiş Azərbaycan Respublikası şiələrindən bir qrupu Mədəniyyət və İslami Əlaqələr Təşkilatının qonağı olaraq şəhid Hacı Qasim Süleymaninin çəkilmiş rəsmini bu təşkilatın rəhbəri Əbuzər İbrahimi Türkmənə təqdim edib.

Rəssam general Süleymanini döyüş geyimində, əlində tüfəng və boynunda çəfiyə təsvir etmişdir.

Azərbaycan Respublikasının sənət ustası Füzuli Şəfiyev bu rəsmi Ali Məqamlı Rəhbər Həzrət Ayətullah Xameneiyə hədiyyə etmək üçün çəkmişdir. Rəssam dəyərli əsərini İranın Bakıdakı mədəniyyət attaşesinin əməkdaşlığı ilə ölkəmizə göndərmişdir.

  • Yazılıb
  • da (də) 2020 Feb 19
  • Göndərən جهان کمالی