Tarix : 2020 Feb 20
Kod 59448

Torpaqlar qaytarılır, Bakı ilə razılıq var - Tarasov

Hazırda Qarabağ konfliktinin tərəfləri fasilə götürüblər: bu, İrəvana öz daxili problemlərinin həlli, Bakıya isə qondarma Dağlıq Qarabağdakı “seçki”nin nəticələri üçün lazımdır.

Arannews-Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Stanislav Tarasov erməni mediasına deyib. Onun sözlərinə görə, Azərbaycan anlayır ki, hər şey onların planlarına uyğun getməsə, qondarma Qarabağın indiki rəhbərliyi torpaqların qaytarılması barədə sənədlərin imzalanmasına mane olacaq:

“Proses Bako Saakyan getdikdən sonra başlaya bilər. Mən düşünürəm ki, Paşinyanın İlham Əliyevlə Qarabağa dair razılaşması var. Hər şey xarici işlər nazirlərinin bağlı qapılar arxasında 11 saat davam edən görüşündə həll edilib. Bu vəziyyət bizə tərəflərin planı olmasıyla bağlı güman irəli sürmək imkanı verir”

  • Yazılıb
  • da (də) 2020 Feb 20
  • Göndərən جهان کمالی