Tarix : 2020 Feb 21
Kod 59453

Ali Məqamlı Rəhbər: Azərbaycan xalqının ən mühüm xüsusiyyəti milli, dini və inqilabi izzətin parlaması və ehtiyac duyulan vaxt səhnədə olmaqdır

Həzrət Ayətullah Xamenei Azərbaycan xalqının ən mühüm xüsusiyyətini milli, dini və inqilabi izzətin parlaması, dövlət, inqilab, dini kimliyin müdafiəsi və ehtiyac duyulan vaxt səhnədə olmaq kimi vəsf edib.
AranNews – 29 bəhmən 1356-cı il (18 fevral 1978-ci il) Təbriz xalqının tarixi qiyamının 42 ildönümü münasibətilə təşkil edilmiş görüşdə İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah əl-üzma Xamenei Azərbaycan xalqının ən mühüm xüsusiyyətini milli, dini və inqilabi izzətin nümayan olması, dövlət, inqilab, dini kimliyin müdafiəsi və ehtiyac duyulan vaxt səhnədə olmaq adlandıraraq deyib: “Qum əhalisinin 19 dey qiyamının 40-cı günü Təbriz əhalisinin vaxtında hərəkəti Allah-taalanın bərəkətinə səbəb oldu və bu hərəkət silsiləli şəkildə xalqın ümumi hərəkətinin başlanması, diktatura rejiminin süqutu və İslam hökumətinin bərqərar olduğu vaxta qədər davam etdi”.
Ali Məqamlı Rəhbər çıxışının digər bir hissəsində Azərbaycan və Təbriz əhalisinin tarixi hadisələrdə və İslam İnqilabının qələbəsindən sonrakı hadisələrdə roluna işarə edərək deyib: “Azərbaycan əhalisi həmişə müxtəlif dövrlərdə və hadisələrdə özünü göstərmişdir. Buna 1356-cı ilin 29 bəhmən hərəkətini, Müqəddəs Müdafiə dövrünü, 88-ci il fitnəsini, general Süleymaninin möhtəşəm izdihamla anılması, güclü qarın yağmasına baxmayaraq, bu ilki 22 bəhmən yürüşündəki iştirakı nümunə göstərmək olar”.
Qeyd edək ki, İran İslam Respublikasının rəsmi təqviminə salınmış 29 bəhmən mitinqi 1356-cı 29 bəhmən hadisəsinə işarə edir. Bu hadisədə Təbriz inqilabçıları Qumda baş vermiş 19 dey qiyamının 40-cı günü münasibətilə aksiya keçirdilər və şəhərin əksər məntəqələrində nəzarəti ələ keçirdilər. Bu etirazda 15 xordad 1342-ci il olaylarından sonra ilk dəfə olaraq ordu qüvvələri nəzarəti ələ almaq üçün birbaşa qarşıdurmaya girdi. Habelə, “Şaha ölüm olsun” şüarı ilk dəfə bu qiyamda



 

 
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

səsləndirildi.
  • Yazılıb
  • da (də) 2020 Feb 21
  • Göndərən جهان کمالی