Tarix : 2020 Feb 20
Kod 59454

Gürcüstan Ermənistanla hərbi əməkdaşlığı müzakirə etdi

Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Artak Davtyan Gürcüstana ikigünlük rəsmi səfər edib.

 24News.ge-yə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.

A.Davtyan Gürcüstanın Müdafiə Qüvvələrinin Baş qərargah rəhbəri, general-mayor Vladimir Çaçibaya ilə ikitərəfli görüş keçirib. Tərəflər iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsi məsələsini müzakirə ediblər.

Görüşdə həmçinin hərbi təhsil və hərbi tibb sahələrində əməkdaşlıq mövzusuna da diqqət ayrılıb.

Ermənistan nümayəndə heyəti səfər çərçivəsində NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzinə (JTEC) də baş çəkəcək.

  • Yazılıb
  • da (də) 2020 Feb 20
  • Göndərən جهان کمالی