Şuşada "qələbə günü", Kəlbəcərdə Bal festivalı, Xankəndində "müstəqillik" günü"..
Arannews-Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejim 2020-ci il üçün bayram və vacib tədbirlərin qısa təqvimini təqdim edib.
Sosial şəbəkələrin erməni seqmentində paylaşılmış foto-qrafikdə separatçların əsas bayram və tədbir günləri ingilis dilində qeyd olunub:
12 aprel - Kəlbəcərdəki "Dadivank" adlandırılmış qədim Xudavəng məbədində erməni xristianların Pasxa bayramı.
2-3 may - Kəlbəcər rayonunun "Aterk" adalndırılmış Həsənriz kəndində "Jengyalov xats"- "Kətə" festivalı.
9 may - Xankəndi və Şuşada "qələbə günü" – yəni Faşizm üzərindəki qələbədən daha çox əsasən Şuşanın işğal edilməsi günü.
19 iyul - Ağdam rayonunun "Tiqranakert" adlandırılmış Şahbulaq ərazisindəki Pənahəli xanın qalasında “Vardavar” (su çiləçmə) bayramı.
22 Avqust - Xankəndidə Artsax "AirFest" - hava uçuşları festivalı.
2 sentyabr – Xankəndidə qondarma rejimin qanunsuz "müstəqillik günü".
12 sentyabr - Kəlbəcər rayon mərkəzində Bal festivalı
19 sentyabr - Xocavənd rayonunun Tug kəndində Şərab festivalı
26 sentyabr – Xankəndi(ermənilər üçün Stepanakert) şəhərinin yaradılması günü.
11 oktyabr – Xankəndidə Məhsul bayramı.