Tarix : 2020 Feb 22
Kod 59460

Bakı, Moskva və Ankaranın İsrailin enerji lahiyəsində yeri

Sionist rejiminə məxsus olan Begin-Sadat ( מרכז בגין – סאדאת ) Strateji və Təhlükəsizlik Tədqiqatları Mərkəzi bu yaxınlarda dərc etdiyi məqalədə Aralıq dənizində mövcud olan enerji qaynaqları üzərindəki gərginliyi, habelə Türkiyə və Liviya hökumətləri arasındakı dəniz sərhədlərinin müəyyənləşdirilməsini İsrail üçün mühüm bir məsələ olduğunu bildirməklə yanaşı, bu məsələnin “Enerjinin İpək Yolu” nun təsisi xüsusunda sionist hökumət üçün qızıl fürsət olaraq dəyərləndirdi
Arannews-Nur-az.com:israilin Qafqazdakı xarici siyasəti üzrə mütəxəssis Miqdad Həsəni öz məqaləsində belə yazır:

İsrailin “Enerjinin İpək Yolu” nun mahiyyəti və strategiyası və onun Xəzər dənizinin, xüsusən Bakının neft və qaz ehtiyatları ilə əlaqəsini bəyan etməzdən əvvəl, öncə sionist rejiminin işğal olunmuş ərazilərdəki bəzi enerji dəyişiklikləri və perspektivləri barəsində qısaca müzakirə etməliyik.

İngilislər Fələstini işğal etdikdən sonra, onlar bu torpaqlarda neft kəşfiyyatı aparmağa başladılar.

Sionist rejimi tərəfindən qəbul edilmiş bir qanuna əsasən, Birləşmiş Krallıqdan bütün neft imtiyazları ABŞ-a verildi və bundan sonra neft mədənlərinin kəşfi ağılasığmaz dərəcədə sürətləndirildi.

Məariv qəzeti, 22/10/1952-ci il buraxılışında, İsrailin neft kəşfiyyatı aparmasının ən böyük səbəbi olaraq, təkcə iqtisadi üstünlüyü deyil, habelə, bu rejimin digər ölkələrdən asılılığını azaltmaq və bəzi məhdudiyyət və sanksiyalardan qurtulmaq olduğunu bildirdi.

İşğal olunmuş ərazilər neft yataqlarının varlığı cəhətindən Yaxın Şərqin ən kasıb məntəqəsi hesab olunur və aşkar edilmiş yataqlarda olan neft ehtiyatları, olduqca az olması ilə yanaşı, həm də çox tez bitir.

İsraildə 1966-cı ildə gündəlik 500 barel neft hasil edilirdi. Yəni daxili istehlakın 10% -i istehsal edilirdi. Rejimin 2004-cü ildə olan gündəlik neft hasilatı 3200 barel təşkil etsə də, daxili istehlak 240 min barelə çatmışdı. Bununla da, rejim daxili ehtiyacın yalnız 50%-ni təmin edə bilirdi. Ancaq, bu gün sionist rejiminin neft hasilatı cəmi 100 barel təşkil edir.

Sionist rejimi təbii qaz sahəsində də, 1999-cu ildən etibarən axtarış aparmağa başlamışdır. Ancaq bu rejimin əldə etdiyi ən mühüm təbii qaz yataqları olan Tamar, Luyatan və Kariş qaz yataqları 2009 və 2013-cü illər arasında kəşf edilmiş və bu qaz yataqları bu zamana qədər qaz idxal edən Təl Əvivi qaz ixracatçısına çevirmişdir.

2015-ci ilin statiskasına görə, sionist rejiminin illik qaz istehlakı 10 milyard kub metr olduğu bildirilmişdi. Bundan əlavə, bu rəqəmin 2030-cu ildə 17 milyard kub metr olacağı proqnozlaşdırılır.
Ancaq, məsələnin ən əhəmiyyətli tərəfi bundan ibarətdir ki, əgər yalnız 2015-ci ilin statistikasını nəzərə alsaq və gələcək üçün proqnozlaşdırılan 17 milyard kub metri nəzərə almasaq və hətta sionist rejimi heç bir şəkildə təbii qaz idxal etməsə, rejimin əlində olan təbii qaz ehtiyatı 40 ildən sonra tükənəcəkdir.

2013-cü ilin iyun ayının 23-də dövlət, əksəriyyətin rəyi, habelə 18 nazirin razılığı ilə, rejimə məxsus qazın 40 faizinin ixrac olunmasına dair qərar qəbul etdi. Ancaq, Netanyahu kabineti, digər fraksiyaların və şəxslərin etirazına tuş gəldi və iş, son olaraq Ali Məhkəməyə təqdim olundu. O zamanın maliyyə naziri olan Yair Lapid bu planın 20 il ərzində 60 milyard dollar gəlir gətirəcəyini iddia etdi.
Bu plana qarşı olan etirazlar davam etməkdə idi və etirazlar 2015-ci ildə özünün pik nöqtəsinə çatdı. İşğal olunmuş ərazilərdə məskunlaşmış minlərlə sakin 16 şəhərdə etiraz üçün küçələrə axışdılar, ancaq, bu etirazlarda yalnış 13 nəfər Təl Əvivdə həbs olundu.
Müxaliflərin sırasında yer alan, İraq əsilli iqtisadçı professor Yaron Zelika, həmçinin ŞABAK-ın ərəb bölməsinin keçmiş təhlükəsizlik və informasıya məmuru olan Kunen bin Yəshaq ( גונן בן יצחק ) bu etirazlarda çıxışlar etdilər və sonda, Qunen polis tərəfindən zorakılığa məruz qaldı.
Etirazçılar bu planı İsrailin təhlükəsizliyi üçün böyük bir təhlükə hesab edirdilər. Bundan əlavə etirazçıların digər dəlili, bu planın gələcək nəsilləri təbii mənbələrdən, habelə optimallaşdırmadan məhrum etməsi idi.

Etirazlar yatırıldıqdan sonra, 2017-ci ilin mart ayında İordaniyanın sənaye şirkəti vasitəsiylə Tamar qaz yatağından qaz ixracatı başlandı.
2019-cu ildə Knesset (parlament) seçkilərinin iki turu keçirildi və Knessetdəki ardıcıl məğlubiyyətlərdən sonra 23-cu Knesset seçkiləri 2020-ci ilin mart ayının 2-ə təxirə salındı.
Bütün bu seçkilərdə Benjamin Netanyahunun təbliğat və aldatma vasitələrindən biri də, qaz ixracı və qalıq yanacaqlar vasitəsilə əldə edilən elektrik enerjisi istehsalının artırılması idi.
Netanyahu hökuməti son illər ərzində Avropaya qaz ixracı məsələsinə olduqca çox üstünlük verib.
2019-cu ilin mart ayında sionist rejiminin baş naziri, Kipr prezidenti, ABŞ Xarici İşlər Naziri və Yunanıstanın baş naziri arasında Avropaya qaz ixracının həyata keçirilməsi ilə bağlı ortaq iclas keçirildi.

İndisə, işğal olunmuş ərazilərdəki neft-qaz yataqları xüsusunda olan vəziyyəti nəzərə alaraq, əsas müzakirə mövzusu olan İsrailin "Enerjinin İpək Yolu" mövzusuna qayıdaq:
İordaniya, Misir və Avropaya qaz ixracı və “Enerjinin İpək Yolu” nu hazırlamaq planı, Yossi Kohenin (hazırda Mossad təşkilatının sədri vəzifəsində çalışır) İsrailin Milli Təhlükəsizlik Şurasında vəzifəyə başlaması ilə eyni zamanda başladı.
Bu şəxs bəhs etdiyimiz planın pərdə arxası əlidir və bu lahiyəyə dəstək verənlərdən biridir. Bunun ən bariz nümunəsi isə, 2013-cü ilə təsadüf edir. Belə ki, Yossi Kohen, Knessetdə çıxış edərək təbii qaz ixracatı lahiyəsini canla-başla müdafiə edərək, bir lahiyənin nəzərdə tutulduğunu, ancaq bu lahiyə barəsində hansısa bir məlumatı bəyan edə bilməyəcəyini söylədi. Həmin iclasda iştirak edən müxaliflər, onu yalan və uydurmada, habelə siyasi bəhanə gətirməkdə ittiham etdilər.

Görəsən, sionist rejiminin qaz ixracında bu qədər israr etməsinin səbəbi nə ola bilər?
Görəsən təhlükəsizlik orqanları, işğal altındakı ərazilərin qaz ehtiyatlarının ixracının, habelə qaz ehtiyatlarının tükənməsinin zərərini dərk etmirlərmi?!

Cavab budur ki, onlar bu məsələni tam olaraq dərk edirlər, ancaq, qısa, orta və uzun müddətdə sionist rejiminə böyük fayda gətirə biləcək hədəf və məqsəd arxasıncadırlar.

Rejimin təhlükəsizlik rəsmiləri dəfələrlə etiraf ediblər ki, İsrail qaz ixracı sayəsində iqtisadi gəlirləriylə yanaşı, yeni strateji mövqe qazana bilər, həmçinin qonşu ölkələrlə münasibətləri yaxşılaşdırmaqla özlərini qanuniləşdirə bilərlər. Bundan əlavə, bildiriblər ki, qısa müddətdə enerji yolunu,habelə iqtisadi və ticari suları qorumaq bəhanəsiylə özlərinin döyüş gəmilərinin sayını da artıra və bununla da Aralıq dənizi sularına nəzarət edə bilərlər. Bunun nəticəsində də, Qəzza və Hizbullahla olan regional müharibəyə daha çox hakim ola bilərlər.

“Enerjinin İpək Yolu” sionist rejimin uzunmüddətli, habelə strateji hədəfidir. Hökümət rəsmiləri yuxarıda qeyd etdiyimiz kimi açıq şəkildə danışmış olmasalarda, onların bəzi bəyanatları bu yol xəritəsini tamamlayan bir növ pazl tapmacasını tamamlayan parçalar rolunu oynayır.

Yuxarıda göstərilən qısamüddətli və ortamüddətli hədəflərə çatdıqdan sonra Təl Əviv yeni bir mərhələyə qədəm qoyacaq və İsrail-Avropa qaz dəhlizi, digər ölkələrin, xüsusən də, ərəb ölkələrinin neft və qaz tranzit yolu olacaqdır. Bundan əlavə bu gün zahirdə sionist rejim ilə gərginlik içində görünən Türkiyə də, bu “İpək Yolu” nun siyasətlərinin təsiri altına düşəcəkdir.

İbri dilli mənbələr, bu boru kəmərinin Türkiyə, həmçinin Ərdoğanın anti-sionist siyasətinə qarşı bir növ təzyiq olacağını, bundan əlavə, Avropanın Rusiya və Azərbaycana qarşı bazarlıq gücünü artıracağını və Avropanın onlardan asılılığını azaldacağını və sonda Avropadakı bəzi İsrail əleyhinə hərəkatların da ortadan qalxacağını açıq şəkildə bəyan etmişlər.

Ola bilsin ki, Bakı bu açıqlamaları özünün enerji ixracı siyasətində təsirsiz hesab etsin və həmçinin, Türkiyəni özünə qardaş, müttəfiq və xüsusən də, "Tanap" boru kəmərinin məsələsində, maraqlarının qoruyucusu kimi qəbul etsin və bundan əlavə , İsrail qazının ixracatına qəti şəkildə etiraz edən professor Brenda Şaffer ( ברנדה שפר ) kimi şəxsləri özünə işğal olunmuş torpaqlardakı lobbiçi olaraq təsəvvür etmiş olsun.

Ancaq bunun cavabında demək lazımdır ki, bu gün Bakı sionist rejiminin neftinin 5% -ni təmin edir və demək olar ki, aralarında olan müqavilə inhisar müqaviləsi hesab olunur, lakin Azərbaycanın beynəlxalq sionizm müqabilində heç bir iradəsi və səlahiyyəti yoxdur və bu saziş tamamilə İsrailin xeyrinə tənzimlənərək icra olunur. İndisə, təsəvvür edin ki, Bakı və Təl Əviv arasında hansısa bir mövzuda rəqabət yaransa, özü də bu rəqabət strateji əhəmiyyətə malik olsa, bu zaman Azərbaycan necə böhranlara və problemlərə düçar olacaqdır. Habelə, son onillikdə, xüsusən də regionda baş verən dəyişiklikləri nəzərə alsaq, Türkiyənin xarici siyasəti bunu göstərir ki, əgər nə zamansa, Türkiyənin maraqları hətta az bir şəkildə belə təhlükə qarşısında qalsa, Bakıya olan qardaşlıq ideaları üzərindən xətt çəkəcəkdir. Bu məsələyə ibri dilli mənbəyə istinadən bunu misal gətirmək olar:

Türkiyə hər zaman pankürdçülüyə qarşı çıxsa da, 2015-ci ilin may ayının əvvəlindən avqustun ortalarına qədər İsrail və beynəlxalq sionizmin maraqları naminə İraq Kürdüstanı ilə qardaşlıq rolu oynadı, bu müddət ərzində İraq Kürdüstanı neftinin 5 milyon barelinin İsrailin Hayfa və Aşdod neft emalı zavodlarına tranzitinin gerçəkləşməsinə xidmət etdi. Türkiyə bu xidmətiylə yalnızca vasitəçilik rolunu oynamırdı, çünki, İraqın təbii resuslarının qarət olunması xüsusunda Ərbil və Təl Əviv arasında onsuzda müqavilələr imzalanmışdı. Türkiyənin burada rolu isə, yalnızca sionist rejiminin əmrlərini icra etmək idi.

Sionist rejim bu tendensiyanı hələ də əldə etməsinə baxmayaraq, buna nail olmağa çalışarkən əlbəttə ki, Bakı, Ankara və Moskvanı bu tendensiyanın gedişatına məşğul edə bilər.

Şəhid Hacı Qasim Süleymaninin qanı elə bir bərəkətə sahibdir ki, qeyd etdiyimiz bu ölkələri sionizmin bu hiyləsindən xilas edə bilər. Çünki beynəlxalq səviyyə mövcud olan sionizmə qarşı mübarizə atmosferi Hacı Qasimin şəhadətindən əvvəl və sonra iki dövrə bölünür və bu mübarizənin ikinci dövründə sionizmin dağılması daha sürətlə həyata keçəcəkdir.

Nəticədə: Müqavimət qüvvələri sionist rejimini, bu “Enerjinin İpək Yolu” nu yaratmaq xülyasına qarşı məyus edəcəkdir. Çünki, işğalçı rejim Hacı Qasimin şəhadətindən sonra bu dəhlizi təmin etməyin demək olar ki, mümkün olmadığını çox gözəl bilir.

Ancaq, Azərbaycan kimi ölkələrin Təl Əviv tərəfindən həyata keçirilən bu sionist planına görə başı ağrıyacaqdır.
Aydın olan məsələ və həmçinin müqavimət oxunun yeni düşüncəsi belədir: Hacı Qasim Süleymaninin şəhadətindən sonra İslam ölkələrinin sionist rejimi ilə olacaq hər hansı bir iqtisadi və siyasi münasibətləri qətiyyən bağışlanmazdır.
  • Yazılıb
  • da (də) 2020 Feb 22
  • Göndərən جهان کمالی