Tarix : 2020 Feb 23
Kod 59461

Şəhid hərbçimiz dəfn olundu

Azərbaycan-Ermənistan sərhədində meyiti tapılan hərbçi dəfn edilib.

Arannews-Rakurs.tv xəbər verir ki, Akif Elşən oğlu Abbasov Ağcabədi rayon Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Ordusunun hərbçisi Akif Elşən oğlu Abbasov itkin düşüb. İtkin düşən hərbçinin meyiti bir neçə gün əvvəl Azərbaycan-Ermənistan sərhədində neytral ərazidə tapılıb.

Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə hərbçinin meyiti neytral ərazidən götürülüb.

  • Yazılıb
  • da (də) 2020 Feb 23
  • Göndərən جهان کمالی