Tarix : 2020 Mar 01
Kod 59487

Koronavirusdan özümüzü necə qoruyaq

Yeni korona virusunun dünyaya yayılmasına diqqət etməklə bu virusa yoluxmağın qarşısını almaqla bağlı bir neçə əsas məsələ tövsiyə olunur.
AranNews – Çindən başlayan koronavirusun yeni nəsli indiyədək dünyada minlərlə insanın həyatına son qoymuşdur. Hal-hazırda bu virusun dərmanı tapılmamışdır. Ona görə də bu virusa yoluxmamağın ən yaxşı yolu onun qarşısını almaqdır.
1. Maskadan istifadə etmək
Maskanın koronavirusun qarşısının alınmasında təsirli olması sübuta yetməmişdir. Lakin maskadan istifadə etmək bəzi mikrobların ağıza daxil olmasının qarşısını alır.
Maskadan istifadə etdikdə öz ağız və burnunuza əl vurmayın. Xəstə olsanız, maskalar sizin xəstəliyinizin başqalarına keçməsinə mane ola bilər. Xəstələndikdə evdə qalın.
2. Əlləri tez-tez yumaq
Ümumdünya Səhiyyə Təşkilatının siyahısında başda əlləri ardıcıl olaraq yumaq dayanır. Təşkilat tövsiyə etmişdir ki, əllərinizi alkollu və ya dezinfeksiya edici məhlullarla yuyun.
3. Su və sabunla da yumaq kifayətdir
Gündəlik ən sadə yollardan biri də əlləri su və sabunla yumaqdır. Lakin əllərin tam və təmiz yuyulmasına əmin olmalıyıq.
4. Öskürərkən və asqırarkən ehtiyatlı olmaq
Həkimlər tövsiyə edirlər ki, asqıran və öskürən zaman əl və burnunuzu dirsəyinizlə, ya kağız dəsmalla örtün, istifadə olunmuş dəsmalı dərhal neylon kisəyə qoyub ağzını bağlayın, sonra zibil qutusuna atın.
5. Xəstə adamlardan uzaq durmaq
Xəstə adamlarla təmasda olmaqdan çəkinin. Əlbəttə, bu iş hamı üçün mümkün deyil. Ona görə də xəstə şəxslərə qulluq göstərirsinizsə, kifayət qədər fasiləni qorumağa çalışın. Hal-əhval soruşduqda əl verib görüşməkdən, qucaqlaşmaqdan və bir-birinizi öpməkdən çəkinin, qripə oxşar əlaməti olan kəslərlə təmasda olmaqdan çəkinin.
6. Hərarətiniz varsa həkimə müraciət edin
Hərarətiniz varsa, öskürürsünüzsə, nəfəs almaqda çətinliyiniz varsa, dərhal həkimə müraciət edin. Belə vəziyyətdə ümumi-ictimai yerlərə getməkdən və başqaları ilə təmasda olmaqdan çəkinin ki, onları da xəstəliyə yoluxdurmayasınız. Bu halda bundan əvvəl haralarda olduğunuz və səfərdə olduğunuz yerlər barədə həkimə məlumat verin.
7. Heyvanlarla birbaşa təmasda olmaqdan çəkinin
Koronavirus yayılmış yerlərdə birbaşa və qoruyucu olmadan heyvanlarla təmasda olmaqdan çəkinin. Eləcə də heyvanlar saxlanılan məkanlara yaxın getməyin.
  • Yazılıb
  • da (də) 2020 Mar 01
  • Göndərən مدير سايت Aran News