Tarix : 2020 Mar 04
Kod 59500

Azərbaycanın tanınmış ziyalıları və din xadimləri Hacı İlham Əliyevin həbsi ilə bağlı təcili toplantı keçirirlər - Fotolar

Azərbaycanın tanınmış ruhani alimləri, din xadimləri, eləcə də partiya və təşkilat rəhbərləri Azərbaycan İslam Partiyasının sədr əvəzi, ruhani alim Hacı İlham Əliyevin DTX tərəfindən saxlanılması və barəsində məhkəmənin qərarı ilə 4 aylıq həbs qəti imkan tədbiri seçilməsi məsələsini müzakirə edib.

İslaminSesi” nə daxil olan məlumata görə,  toplantının əsas məqsədi baş verənləri təhlil etməkA və AİP sədr əvəzinin sərbəst buraxılması istiqamətində lazımı addımları atmaqdır.  Bu məqsədlə Hacı İlham Əliyevin Hüquqlarının Müdafiə Komitəsinin yaradılması haqda qərar qəbul edilib.

 

Tədbirdə çıxış edən AİP funksioneri Akif Heydərli , DEVAMM sədri , ilahiyyatçı filosof İlqar İbrahimoğlu, Azərbaycan Ruhanilər Məclisinin üzvü, maide.az saytının baş redaktoru Şeyx Sərdar Hacıhəsənli, Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev, Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının rəhbəri Rövşən Əhmədli, Qələm Yazarlar Birliyinin sədri Qurban Cəbrayıl, AİP funksionerləri və komitə rəhbərləri , eləcə də  digər şəxslər Hacı İlham Əliyevin həbsini qətiyyətlə pisləyiblər.. Baş verənlərin heç bir ədalət çərçivəsinə sığmadığını və  ittihamın saxta olduğunu dilə gətiriblər.

Toplantının sonunda Hacı İlham Əliyevin hüquqlarının Müdafiə Komitəsi təsis edilib.  Partiyanın sözçüsü Akif Heydərli Komitənin sədri seçilib. Komitənin gələcək fəaliyyətinin tənziimlənməsi üçün müxtəlif təkliflər səsləndirilib və qəbul olunub.  Qeyd edək ki, Komitə Hacı İlham Əliyevin həbsi ilə bağlı ilk etiraz bəyanatını səsləndirib. Akif Heydərli bildirib ki, etiraz bəyanatı tam mətni ilə ictimaiyyətə açıqlanacaq. Bundan əlavə Komitənin növbəti toplantısında ölkənin digər ictimai-siyasi xadimlərinin iştirakının təmin olunması məqsədi ilə, üzvlük açıq saxlanılıb.

 

 

FOTOLAR:

 


 

 

 

 

 

 

 

  • Yazılıb
  • da (də) 2020 Mar 04
  • Göndərən مدير سايت Aran News