Tarix : 2020 Mar 04
Kod 59503

Sionist rejimin Qafqazda nüfuzu

Azərbaycan vergilər naziri: “Bizim sionist rejimilə əməkdaşlığımız neft alqı-satqısı ilə məhdudlaşmır.”

Jerusalim Post” qəzeti AİPAC konfransında azərbaycanlı nazirin iştirakı barədə yazıb: “Amerika-İsrail İctimai Əlaqələr Komitəsinin (AIPAC) illik konfransında Azərbaycan Respublikası şiə ölkəsi olaraq nazir səviyyəsində təmsil olunan ilk dövlətdir və nazirin çıxışı Qafqaz, İsrail və ABŞ arasında üçtərəfli münasibətlərin inkişafına töhfə verəcək.”
AranNews – Azərbaycanın vergilər naziri Samir Şərifov bazar günü AİPAC-ın illik konfransındakı çıxışında deyib: “İsraillə əməkdaşlığımız neft alqı-satqısı ilə məhdudlaşmır. Biz müdafiə sahəsində, həmçinin texnologiyaların mübadiləsində əməkdaşlığımızı genişləndirməkdə maraqlıyıq.”
S.Şərifov sionist rejimini onun ölkəsinə ehtiyac duyduqları silahları tədarük edən, ümumiyyətlə, Azərbaycanın silahlanmasına dəstək verən azsaylı ölkələrdən olduğunu bildirib.
Azərbaycanlı rəsmi deyib: “Azərbaycanın İsraillə münasibətləri ərəb ölkələri ilə İsrail-arasında buzları əridən nümunəvi bir münasibətdir.”
Şərifov çıxışının sonunda Türkiyə və İranın onun bu konfransında iştirakına necə yanaşacağı barədə sualı cavablandırarkən deyib: “Azərbaycanın müstəqil xarici siyasəti vardır.”
“Jerusalim Post” qəzeti yazıb: “Azərbaycan Respublikası hər il təşkil olunan Amerika-İsrail İctimai Əlaqələr Komitəsinin (AIPAC) konfransında nazir səviyyəsində təmsil olunan ilk şiə ölkə kimi tarixə düşüb. Nazirin çıxışı  Qafqaz, İsrail ABŞ üçtərəfli münasibətlərinin inkişafı üçün böyük addım idi.”
Sionist rejim lobbisinin AİPAC illik konfransı bazar günü Amerikanın hər iki partiyasının tanınmış simalarının iştirakı ilə öz işinə başlayıb.
Bu konfrans hər il işğalçı rejimə dəstəyin nümayiş etdirilməsi məqsədilə Amerikanın hər iki hakim partiyasının mühüm siyasi şəxsiyyətlərinin iştirakı ilə Vaşinqtonda keçirilir. Konfrans bu il daha rəngli olmaqda davam edən sionizm aparteidi ilə müxalifətçilik problemilə qarşılaşıb.
  • Yazılıb
  • da (də) 2020 Mar 04
  • Göndərən مدير سايت Aran News