Tarix : 2020 Mar 05
Kod 59506

Azərbaycan Respublikasında islamçılara qarşı təzyiqlər davam edir

Azərbaycan İslam Partiyasının sədr əvəzi barədə 4 aylıq həbs qəti imkan tədbiri seçilib.

AİP sədr əvəzi höccətül-islam İlham Əliyev 4 aylıq müvəqqəti həbsə məhkum olunub. Halbuki, 9 il bundan əvvəl AİP sədri doktor Səmədov 12 dəqiqəlik çıxışına görə 12 il həbsə məhkum olmuşdu və o, 9 ildir ki, zindandadır.
AranNews – Redaksiyamızın “Səhənd” telekanalına istinadla verdiyi xəbərə görə, AİP-in sədr əvəzi höccətül-islam İlham Əliyev barədə 4 aylıq həbs qəti imkan tədbiri seçilib. Azərbaycanlı ruhani ötən aylarda Amerikanın “əsrin sövdələşməsi” planına etiraz etmişdi, həmçinin İslam müqavimət cəbhəsinə dəstək bildirmişdi.
AİP sədri doktor Səmədov da 12 dəqiqəlik tənqidi çıxışına görə 12 illik həbs cəzasına məhkum oldu və 9 il bundan öncədən indiyədək zindandadır.
Media xəbərlərinə görə, İslam Partiyasının bütün üzvləri bildiriblər ki, hacı İlham Əliyev bu partiyada fəaliyyəti boyunca heç bir qeyri-qanuni hərəkət etməyib və onun həbsə alınması ona qarşı diqqətsizlik və qərəzli hərəkətin nəticəsidir, habelə bu hərəkət qeyri-qanuni, insan haqlarını pozmaq və ölkədə demokratiyaya zidddir. Onun həbs edilməsi cəmiyyətdə narahatlığı artıracaq və tanınmış ruhaninin siyasi fəaliyyətlərinə qarşı qərəzli yanaşma düşməni sevindirəcək.
Azərbaycan İslam Partiyası sabiq SSRİ-nin parçalanmasından sonra bu ölkədə yaranmış ilk partiyadır və islami dəyərlərin dünyanın ikinci şiə ölkəsində genişlənməsində çox böyük rol oynayıb. Təsis olunduğu ilk gündən indiyə kimi bu
ölkə dövlətinin ən sərt təzyiqləri ilə üzləşib.
  • Yazılıb
  • da (də) 2020 Mar 05
  • Göndərən جهان کمالی