Beynəlxalq hüquqların əsas prinsiplərinə əsasən, Türkiyə Suriyanın şimal-qərbində və İdlibdə Suriya ordusu mövqelərinə hücum edə bilməz. Türkiyə xalqı öz övladlarının öldürülməsinə görə bərk qəzəbli və narahatdır. İdlibdə həyatlarını itirmiş türkiyəli əsgər və zabitlər əksərən yoxsul kənd və rayonlardandır, ən çox da azacıq maaş qarşılığında 3 illik müqavilə ilə quru qüvvələrdə hərbi xidmətdə olanlardır.
AranNews – Redaksiyamızın “Təsnim”-ə əsasən verdiyi xəbərə görə, son günlərdə İdlibdə Türkiyənin 56 hərbçisi həyatını itirdi və onlarla hərbçi yaralandı. Yaralıların və cansız cəsədlərin ölkəyə qayıtması bu ölkə xalqını narahat və matəmə qərq etdi.
Türkiyə Müdafiə Nazirliyinin iddia etdiyi statistika və rəqəmlərə əsasən, Suriya ordusunun da çoxlu sayda əsgərləri həlak olub, lakin Türkiyə tərəfin cəbhədə heç bir qələbə əlaməti gözə dəymir. İki qonşu ölkənin müdafiə gücü, enerji və vaxtının terrorçu qruplarla mübarizəyə sərf olunması əvəzinə, iki ölkə ordularının ən əsas sərmayələri və ailələrin gözlərinin işığı sayılan cavanlar torpağa yıxıldılar. Halbuki, Suriya hərbçilərinin Türkiyənin əli ilə qətlə yetirilməsi yalnız və yalnız tarixdə iz buraxacaq kin-küdurət, nifrət və qəzəbi artırır və gələcəkdə Türkiyənin zərərinə tamamlanacaq. Eyni halda bu ərazidə heç bir şey dəyişmir. Çünki Suriya və Rusiya İdlibi terrorçulardan azad etməyi qərara alıb və İran da bu işdə onlarla həmfikirdir. Sözsüz, belə bir vəziyyətdə Türkiyə öz hücum gücünə arxalanmaqla Suriya, Rusiya və İranla düşmənçiliyə qalxa bilməz, digər tərəfdən Türkiyə atəşkəsin zamini kimi deyil, güvən edilməyən oyunçu kimi küncə sıxışdırılacaq.
Beynəlxalq hüququların əsas prinsiplərinə görə, Türkiyə Suriyanın şimal-qərbində və İdlibdə Suriya ordusunun mövqelərinə hücum edə bilməz, evsahibi olan ölkənin etiraz etdiyi surətdə hətta onun hərbi iştirakı da pislənilən və yolverilməzdir. Türkiyə xalqı da övladlarının ölümünə görə qəzəbli və narahatdır. Bu məsələnin əhəmiyyətini Türkiyə medialarının həyatını itirmiş hərbçilərinin ailələrinin zahiri geyimlərini, vəziyyətini, evlərini, yaşadığı yerləri işıqlandırdığı vaxt daha yaxşı başa düşürük. İdlibdə öldürülən türkiyəli əsgər və zabitlər əsasən yoxsul kəndli, kiçik daxmalarda yaşayan ailələrin övladlarıdır və ən çox da azacıq maaş qarşılığında 3 illik müqavilə ilə quru qüvvələrdə hərbi xidmətdə olanlardır. Onların ölüm xəbəri bu ölkədə təbəqələşmənin hansı həddə olmasını açıb göstərir.
Türkiyənin köməyinə kim gələcək?
Amerika Türkiyənin ən mühüm müttəfiqi kimi İdlib böhranının büruz etdiyi ilk günlərdən puç vədələrlə Tükiyəyə dəstək verdi, lakin əməl meydanında heç bir addım atmadı. Amerika hətta Patriot raket sistemini Türkiyəyə əmanət verməyə də razı olmadı.
NATO-nun da mövqei Amerikanın mövqeindən fərqli olmadı. NATO baş katibi Türkiyəyə bu hərbi blokun bir üzvü kimi dəstək verdiyini elan etsə də, bu iddia yalnız bəzəkli sözlər həddindən qırağa çıxmadı.