Tarix : 2020 Mar 09
Kod 59516

İnqilabçı gənclər Hacı İlham Əliyevin həbsinə reaksiya verib

İslami Şura Məclisində Təbriz əhalisi tərəfindən seçilmiş təmsilçi doktor Ruhullah Mütəfəkkirazad və mədəni-siyasi fəal doktor Əli Əkbər Raifipur AİP sədr əvəzinin həbsinə münasibət bildiriblər.
AranNews-Anac: Xəbər verir ki:Təbriz əhalisinin Azərşəhr və Usku şəhərlərindən İslami Şura Məclisinə seçdiyi təmsilçi doktor Ruhullah Mütəfəkkirazad AİP sədr əvəzinin həbs edilməsinə münasibət bildirərək yazıb: “Bakıda Hacı İlham Əliyevin həbs edilməsi göstərir ki, İran İslam Respublikasının qonşularla xarici siyasətində dəyişiklik olmalıdır.”
Doktor Mütəfəkkirazad vurğulayıb: “Bizim münasibətlərimiz mənfi balans əsasında qurulmamalıdır ki, islamçılara qarşı təzyiq göstərilməsinin bahası onlara ağır olsun.”
Habelə “Məsaf” müəssisəsinin müdiri doktor Əli Əkbər Raifupur Tvitter səhifəsində yazıb: “Sərdar Süleymaninin şəhadəti Azərbaycan Respublikası şiələri arasında güclü dalğa yaratdı. Bu məsələ sionist rejimin narahat olmasına və AİP sədr əvəzi Hacı İlham Əliyevi həbs etmək üçün Azərbaycan dövlətinə təzyiqlər göstərməsinə səbəb oldu.”
  • Yazılıb
  • da (də) 2020 Mar 09
  • Göndərən جهان کمالی