Tarix : 2020 Mar 09
Kod 59517

Mədəni və siyasi xadimlər AİP sədr əvəzinin həbsinə münasibət bildirdi

Doktor Məsumə Nəsiri və Hacı Məhdi Rəsuli ayrı-ayrı bəyanatlarla Azərbaycan İslam Partiyası sədr əvəzinin həbs edilməsinə münasibət bildirib.
AranNews -Anac-Xəbər verir ki: Doktor Məsumə Nəsiri və Hacı Məhdi Rəsuli sosial şəbəkələr vasitəsilə ayrı-ayrı bəyanatlarda Azərbaycan İslam Partiyası sədr əvəzi Hacı İlham Əliyevin həbs edilməsinə münasibət bildirib. Siyasi və mədəni-ictimai fəallar bu həbsin sionist rejim və Amerikanın sifarişi ilə baş tutduğunu vurğulayıb.
Media Bilgisi Qurumunun sədr müavini doktor Məsumə Nəsiri yazıb: “Sionist rejim və Azərbaycan Respublikasında islamçıların müxalifləri general Süleymaninin şəhadətindən sonra bu ölkədə yaranmış möhtəşəm dalğaya dözüm göstərə bilmədilər və AİP sədr əvəzi Hacı İlham Əliyevi həbs etdilər. Bizim qafilliyimiz, yəni bu ölkədə islamçılara qarşı daha çox təzyiqlərin intizarında olmaq deməkdir.”
Əhli-beyt məddahı Hacı Məhdi Rəsuli yazıb: “Bir neçə ildir ki, qəsbkar sionist rejim Azərbaycan Respublikası hökumətinə nüfuz edərək şiələrə dini mərasimlər, o cümlədən İmam Hüseynə (ə) əzadarlıq və həzrət Bəqiyyətullah əzəmə (əc) mövlud mərasimi keçirməyi qadağan etmişdir. Hətta Nardaran və Bakının digər yerlərində şiələrə qarşı repressiya həyata keçirir, bununla 61-ci hicri ilində azad insanların qəlblərində yaranmış sevgini söndürə biləcəyini düşünür.
Heyhat, batil röya!”

 
  • Yazılıb
  • da (də) 2020 Mar 09
  • Göndərən جهان کمالی