Tarix : 2020 Mar 09
Kod 59518

Məşər İman Cəmiyyəti AİP sədr əvəzinin həbs edilməsini pisləyib

İranın bütün dini böyük heyətləri Azərbaycan İslam Partiyasının sədr əvəzi Hacı İlham Əliyevin həbs edilməsi ilə bağlı bəyanat yayıblar.
AranNews – Anac: Xəbər verir ki :Redaksiyamızın “Məşər İman Cəmiyyəti” informasiya blokuna istinadla verdiyi xəbərə görə, çoxlu sayda dini heyəti özündə birləşdirən Cəmiyyət AİP sədr əvəzinin həbs edilməsinə münasibət bildirərək Azərbaycan hökumətinin bu hərəkətini pisləyən bəyanat yayıb və Hacı İlham Əliyevin azad olunmasını istəyib.
Bəyanatın mətni aşağıdakı kimidir:
Azərbaycan İslam Partiyası sədr əvəzi və tanınmış ruhani Hacı İlham Əliyevin həbs edilməsinin ardınca islami qurumlar bu ölkədə müsəlmanlar üçün yaranmış vəziyyətdən bərk narahatlıq ifadə ediblər.
Hacı İlham Əliyev neçə il bundan əvvəl Azərbaycan ölkəsinin məktəblərində islami hicabın qadağan edilməsinə etiraz etdiyinə görə, iki il həbs cəzası çəkmişdir. Bu dəfə 29 fevralda Azərbycan dövlətinin təhlükəsizlik xidməti tərəfindən çağırılmış və 4 ay müddətində müvəqqəti həbsə məhkum edilmişdir.
Reallıq budur ki, şəhid general Hacı Qasim Süleymaninin şəhadətindən sonra Hacı İlham Əliyev kimi dini rəhbərlərin dəvəti ilə Azərbaycan Respublikasının müsəlman xalqı da bütün dünya azadlıqsevərləri kimi islami müqavimət cəbhəsinin böyük sərdarına öz sevgi və hörmətlərini nümayiş etdirdilər. Bu məsələ sionist rejimini və Amerikanı bərk vahiməyə saldı.
Çoxlu sayda dini heyətdən ibarət olan Məşər İman Cəmiyyəti Azərbaycan dövlətinin bu hərəkətini pisləməklə yanaşı AİP sədr əvəzi Hacı İlham Əliyevin azad olunmasını istəyir.
Habelə, Azərbaycan dövlətinə tövsiyə edir ki, qəsbkar sionist rejim və Amerikanın təfriqəçilik hərəkətləri qarşısında öz ayıqlığını qorumaqla sionist rejim və cinayətkar Amerikanın istəkləri ilə öz vətəndaşlarını həbs etməyə son qoysun və müsəlmanlarını din azadlığını rəsmi olaraq tanısın.
 
Məşər İman Cəmiyyəti

 
  • Yazılıb
  • da (də) 2020 Mar 09
  • Göndərən جهان کمالی