Tarix : 2020 Mar 10
Kod 59519

Azərbaycan İrana 5 milyon ABŞ dolları yardım etdi - RƏSMİ

Bu haqda Azərbaycan Nazirlər Kabinetinin məlumatında deyilir.

Arannews-Koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə məqsədilə Azərbaycan Respublikası hökuməti tərəfindən humanitar əsaslarla İran İslam Respublikasına 5 milyon ABŞ dolları məbləğində maliyyə yardımının göstərilməsi barədə qərar qəbul edilib. 

İslamazeri.com xəbər verir ki, bu haqda Azərbaycan Nazirlər Kabinetinin məlumatında deyilir.

Bildirilib ki, Nazirlər Kabineti tərəfindən 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulan Ehtiyat Fondundan bu vəsaitin ayrılmasına dair sərəncam qəbul olunub. 

Azərbaycan Respublikası və İran İslam Respublikası arasında dostluq və mehriban qonşuluq münasibətləri mövcuddur. COVİD-19 virusunun yayılmasının qarşısının alınması məqsədilə iki ölkənin aidiyyəti nazirlik və dövlət qurumları sıx əməkdaşlıq edir.

Azərbaycan Respublikası COVİD-19 virusuna qarşı mübarizə çərçivəsində beynəlxalq birliyin səylərini dəstəkləyir, Ümumdünya Səhiyyə Təşkilatı ilə səmərəli əməkdaşlığını davam etdirir.

Qeyd edək ki, İranda koronavirus daşıyıcılarının sayı 4 747 nəfərdir

  • Yazılıb
  • da (də) 2020 Mar 10
  • Göndərən جهان کمالی