Tarix : 2020 Mar 11
Kod 59525

tələbələr: Hacı İlhamin azadlığını tələb edirik

Qum şəhərində təhsil alan azərbaycanlı tələbələrin bəyanatı

Qum şəhərində təhsil alan azərbaycanlı tələbələr: Biz Azərbaycanı sevən və oradakı prosesləri yaxından izləyən bir tələbələr olaraq İslam alimlərimizin və dindarlarımızın həbsini pisləyir, Hacı İlham başda olmaqla bütün inanclı dustaqlarımızın həbsinə etirazımızı bildirir və onların azadlığını tələb edirik.
Arannews-Bismillahir Rəhmanir Rəhim
“Onlar Allahın nurunu ( islam dinini) öz ağızları​ ( öz iftiraları və şər sözləri ) ilə söndürmək istəyərlər. Allah isə kafirlərin xoşuna gəlməsə də , öz nurunu ( dinini ) tamamlayacaqdır”. Saf surəsi 8 ci ayə.
Vətənimiz Azərbaycanda İqtidar yenə inanclı insanlara təziqlərini davam etdirir,​ möminlərin narahatçılığına səbəb olur...
Biz Azərbaycan tələbələri AİP nin sədr əvəzi Hacı İlham Əliyevin sifarişli həbsinə görə çox narahatıq. Azərbaycan hökumətinin islam dininə və iman əhlinə olan qərəzli planları dövlətlə din münasibətlərini kobud şəkildə pozub, pisliyə sürükləyir. İqtidar başqalarının məkirli siyasətini həyata keçirərək islamçılarla üz-üzə gəlir və nəticədə Mutaal Allahla qarşı-qarşıya dayanıb öz süqutuna çalışır.
 
AİP-nin sədr əvəzi Hacı İlham Əliyev İslam alimi, mütəfəkkir, insani dəyərlərə malik, vətən sevər... bir insan olaraq onu vətənə xəyanət maddəsi ilə şərləyib, həbs etmək necədə gülünc və utancverici bir haldır.
 
Biz Azərbaycanı sevən və oradakı prosesləri yaxından izləyən bir tələbələr olaraq İslam alimlərimizin və dindarlarımızın həbsini pisləyir, Hacı İlham başda olmaqla bütün inanclı dustaqlarımızın​ həbsinə etirazımızı bildirir və onların azadlığını tələb edirik.
 
                                            Müqəddəs Qum şəhəri
                                                               07.03.2020
  • Yazılıb
  • da (də) 2020 Mar 11
  • Göndərən جهان کمالی