Tarix : 2020 Mar 12
Kod 59527

Koronavirus Türkiyəyə də çatdı

Türkiyədə ilk koronavirusa yoluxma faktı qeydə alınıb.

Arannews-Bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir koronavirus şübhəsi olan ölkə vətəndaşının analiz cavablarının müsbət olduğunu və onun virusa Avropada yoluxduğunu söyləyib.

F.Koca hazırda xəstənin vəziyyətinin qənaətbəxş olduğunu, onun ailə üzvlərinin də nəzarət altında saxlanıldığını deyib.

Bildirilib ki, ölkədə koronavirusun yayılmasının qarşısının alınması üçün bütün lazımi tədbirlər görülür.

  • Yazılıb
  • da (də) 2020 Mar 12
  • Göndərən جهان کمالی