Tarix : 2020 Mar 12
Kod 59530

Təbriz şəhərinin bir qrup ruhanisi AİP sədr əvəzinin həbsini pisləyib

Təbriz şəhərinin bir qrup ruhanisi AİP sədr əvəzi Hacı İlham Əliyevin həbs edilməsi ilə bağlı etiraz bəyanatı yayıb.
AranNews – İslam alimi və AİP sədr əvəzi Hacı İlham Əliyevin həbs edilməsinin ardınca Təbriz şəhərinin bir qrup ruhanisi bəyanat yayaraq bu təəssüflü hadisəni pisləyib.
Bəyanatın mətni aşağıdakı kimidir:
Bismillahir-Rəhmanir-Rəhim
Azərbaycan İslam Partiyasının təsisçisi, uzun illər haqsız olaraq həbslər çəkməsi üzündən xəstəlik və əzab-əziyyətdən sonra Haqqın dərgahına qovuşmuş Hacı Əlikram Əliyevin şəhadətsayağı vəfatı ildönümü günlərində və AİP sədrinin 12 dəqiqəlik çıxışına görə 12 il həbs cəzasına məhkum olduğu və 9 ildən çoxdur ki, zindan həyatı sürdüyü bir vaxtda bu partiyanın sədr əvəzi, əxlaq və mənviyyat simvolu höccətül-islam Hacı İlham Əliyevin həbs xəbəri bir daha Azərbaycan dövlət adamlarının İslam dininə qarşı kin-küdurət və qorxusunu nümayiş etdirdi, bu ölkədə siyasi islahatlar və fikir azadlığı barədəki iddiaların boş sözlərdən ibarət olduğunu isbat etdi.
Hacı Qasim Süleymaninin namərdcəsinə terror edilməsindən sonra Azərbaycanın məzlum şiələrinin o şəhidə sərgilədiyi pak sevgi hislərindən heyrətə gəlmiş və məyus olmuş qəsbkar sionist rejim və Amerika terrorçu dövləti Azərbaycan dövlətini AİP sədr əvəzini həbs etməyə məcbur etdi. Onlar öz gümanlarına görə dünyanın ikinci şiə ölkəsinin müsəlmanlarını qorxuya salmaq və peşman etməyi düşünürlər. Əlbəttə, bu dəfə də öz qeyri-insani siyasətlərindən faydalana bilməyəcəklər.
Sonda dost və qonşu Azərbaycan ölkəsinin dövlət adamlarına təkidlə tövsiyə edirik ki, öz hakimiyyətlərinin gələcəyini qara və beynəlxalq terrorçuların məhvi astanasında olan bir taleyə bağlamasınlar, Azərbaycan islamçıları və etiqad məhbusları qarşısında qeyri-düzgün siyasətlərinə yenidən baxsınlar.
Höccətül-islam vəl-müslimin doktor Nobəri
Höccətül-islam vəl-müslimin doktor Əlizadə
Höccətül-islam vəl-müslimin doktor Həmzəban
Höccətül-islam vəl-müslimin Zakiri
Höccətül-islam vəl-müslimin Nəzəri
Höccətül-islam vəl-müslimin Azadguyan
Höccətül-islam vəl-müslimin doktor Seyid Cəfər Təbatəbai
Höccətül-islam vəl-müslimin Abidi
Höccətül-islam vəl-müslimin Yusifi
  • Yazılıb
  • da (də) 2020 Mar 12
  • Göndərən جهان کمالی