Tarix : 2020 Mar 13
Kod 59531

İslam Partiyasının təsisçisinin şəhadətsayağı vəfatı ildönümü astanasında

Hacı Əlikramdan Hacı İlhama qədər; İslamın dirçəlişi yolunda yorulmaz mübarizə və sionistləri bitməyən kabusu

Hacı İlham Əliyev İslam Partiyasının tamamilə mədəni və qeyri-siyasi proqramlara üstünlük verməklə 4 ildən çox bir müddətdə töhmət və zindandan uzaq qala bilmiş tək sədri idi. O, bu partiyanın sabiq rəhbərləri arasında xidmət göstərmək üçün daha çox vaxt tapa bilmişdi, lakin onun əleyhinə vətənə xəyanət kimi ağır bir ittiham bir daha göstərdi ki, Azərbaycan Respublikası hakimiyyəti İslam Partiyasının bütün rəhbərlərinin həbsini “sionistlərin istəyi ənənəsinə” çevirmişdir.
AranNews – Hacı Qasim Süleymininin şəhadəti ilə bağlı Azərbaycan Respublikası məscidlərində möhtəşəm əzadarlıq mərasimləri keçirildiyi günlərdə Azərbaycan Respublikasının mədəniyyət işləri üzrə məsləhətçisi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin işğal edilmiş Fələstində nümayəndəliyinin rəhbəri sionist Arye Qutun narahatlıq ifadə etməsindən məlum oldu ki, bu narahatlıq Azərbaycan ölkəsi üçün baha başa gələcək.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin işğal edilmiş Fələstində nümayəndəliyinin rəhbəri İranın Azərbaycan-sionist rejim münasibətlərinə həssaslığı barədə demişdi: “İran rejimi daim Azərbaycan-İsrail münasibətlərinə qarşı böyük qısqanclıqla yanaşıb. Lakin eyni zamanda rəsmi Tehran yaxşı başa düşür ki, Azərbaycan və İsrail arasındakı dostluq münasibətlərinə mane ola bilməz. Azərbaycanla İsrail arasındakı münasibətlər siyasi, iqtisadi, humanitar və digər sahələrdə ilbəil inkişaf edir. İki dövlət arasında ticarət dövriyyəsi 3 milyard dollara çatıb. 70 mindən çox azərbaycanlı bu gün İsraildə yaşayır və onlar Azərbaycan-İsrail arasındakı humanitar körpüləri daha da möhkəmləndirir.”
Bu müddət ərzində Bakıda nüfuz sahibləri müxtəlif yollarla sionist məsləhətçilərini narahatlıqdan qurtarmağa təlaş edirdilər. O cümlədən, Azərbaycan Respublikasında sionistlərə bağlı mərkəzlər bu il ilk dəfə olaraq Milli Məclisin sədri Oktay Əsədovu nümayəndə kimi “Holokost” mərasimində iştirak etmək üçün Yerusəlimə göndərdi ki, sionistlər Azərbaycan Respublikası barədə heç bir narahatlıq hiss etməsinlər. Habelə, heyrət doğuran bir addım ataraq işğal edilmiş Fələstində “Qarabağ Azadlıq Təşkilatı” üçün nümayəndəlik açıldı. Beləliklə də sionizmə bağlı olanların Qarabağ kimi bir amalı öz sionist ağalarına qurban verməyə hazır olduqlarını göstərməyə çalışdılar. Digər tərəfdən ötən iki ayda Azərbaycan Respublikasında şiə fəallarına qarşı yeni repressiya və təzyiq dalğası başladı. Həbsxanada olan ruhanilər müxtəlif bəhanələrlə təknəfərlik kameralara salındı, gənc məhbus dindarlara qarşı ən vəhşi formada işgəncə və təzyiqlər həyata keçirildi, onların ailələri ən əzablı mənəvi durumda saxlanıldı. Görünməmiş səviyyədə bu ölkənin bütün KİV-lərinə sionist rejimin Azərbaycana yeni təyin edilmiş səfiri Corc Dikin öz vəzifəsinin başlaması münasibətilə keçirəcəyi mətbuat konfransında iştirak etmək və onun İran İslam Respublikası əleyhinə sarsaqlamasını geniş şəkildə əks etdirmək tapşırıldı. Halbuki, Bakıdakı səfirlərin heç birisi üçün bu səviyyədə mətbuat konfransı keçirmək imkanı yaradılmamışdı. Eyni vaxtda Quba şəhərində ilk yəhudi muzeyi təsis edildi.
Azərbaycan Respublikası cəmiyyətində xalis Məhəmməd (s) dininin bərpa edilməsi üzündən narahat olmuş sionistlərin narahatlığını aradan qaldırmaq üçün Bakı dövlətinin həyata keçirdiyi son təlaşlardan biri də bu ölkənin maliyyə naziri Samir Şərifovun sionist təşkilat AİPAC illik iclasına qatılmaq, Azərbaycan Respublikası prezidentinin həyat yoldaşı və vitse-prezident Mehriban Əliyevanın sionizm cərəyanını idarə edənlərlə həmrəy olduğunu ifadə edən məktubunu iclasda oxumaq üçün göndərilməsi idi. Azərbaycan Respublikasının Amerikadakı səfiri Elin Süleymanovun sözlərinə görə, “kabinet üzvlərindən birinin AİPAC-da iştirakı və mühüm yəhudi simaları ilə dialoqu əlaqələrin yüksək səviyyədə olduğunu göstərir və bu münasibətləri gizlətmək üçün heç bir əsas yoxdur!”
Sionizm cəryanı və sionist rejimi ilə həmrəylik göstərildiyi bir vaxtda Bakı prokurorluğu Azərbaycan İslam Partiyasının sədr əvəzi Hacı İlham Əliyevin vətənə xəyanət ittihamı ilə həbs edildiyini bildirdi. Azərbaycan Respublikası dövlətinin rəsmi bəyanatında Hacı İlham Əliyevə qarşı belə bir ağır ittihamın səbəbi və nümunəsi göstərilməyib. DEVAMM rəhbəri Hacı İlqar İbrahimoğlunun təbirincə: “AİP sədr əvəzi Hacı İlham Əliyev Azərbaycanın ən təqvalı, ən elmli, ən şərəfli və vicdanlı ruhanilərindən biridir, sözün həqiqi mənasında əxlaq ustadı və vətənin dəyərli övladıdır.”
Hacı İlham Əliyev əxlaq və mənəviyyat tədrisi və tamamilə mədəni proqramlara üstünlük verməklə 4 ildən çox rəhbərlik edərək həbs və zindandan uzaq qala bilmiş tək AİP rəhbəri idi və AİP-in sabiq rəhbərləri mərhum Hacı Əlikram Nardaranlı, Hacıağa Nuri və Hacı Möhsin Səmədovla müqayisədə rekordu qıra bilmişdi. Lakin Hacı İlham Əliyev kimi şəxsiyyətin həbs edilməsi və ona qarşı vətənə xəyanət ittihamı bir daha sübut etdi ki, Azərbaycan hökuməti İslam Partiyasının bütün rəhbərlərini həbs etməyi “sionistlərin istəyi ənənəsinə” çevirmişdir və özünün bu xəbis sionist ənənəni sındırmaq istəmir. Bununla da demək istəyir ki, Azərbaycan Respublikasında İslam Partiyasının rəhbəri kimliyindən asılı olmayaraq – istər açıq danışdığı və haqqı dediyinə görə Qafqazın Əbuzəri adını almış Hacı Əlikram Əliyev olsun, istər səmimiyyət və sadəliyi ilə tanınan Hacıağa Nuri olsun, istər elm, siyasət, mətanət və vüqarı ilə tanınan doktor Hacı Möhsin Səmədov olsun, istərsə də əxlaq, səbr və təmkinli olması ilə tanınan Hacı İlham Əliyev olsun – zindana salınmalıdır. AİP-in bütün rəhbərləri və fəallarına qarşı nəzərdə tutulmuş bu ənənə “sionistlərin narahatlığını aradan qaldırmaq” siyasətinin qaçılmaz nəticəsidir və onun heç bir məntiqi və əqli əsası yoxdur. Üstəlik, bu dəfə AİP sədr əvəzi Hacı İlham Əliyevin həbsi İslam Partiyasının təsisçisi Hacı Əlikram Nardaranlının 17 martda şəhadətsayağı vəfatının ildönümü günlərinə təsadüf etməsi simvolik olaraq göstərir ki, Azərbaycan Respublikasında Hacı Əlikramın rəhbərliyi ilə əsası qoyulmuş, bu yolda ömrünün çox hissəsini zindanlarda keçirmiş və sonda öz canını bu amala fəda etmiş xalis Məhəmməd (s) dininin bərpası üçün azadlıq, cihad, zindan və şəhadət yolunun hələ də çoxlu zəhmətlərə ehtiyacı vardır və Azərbaycan Respublikası xalqının belə fədailəri az deyildir. Bu məzlum xalq 70 illik kommunist rejiminin dinsizlik və zülmkarlıq dövrü boyu əziz İslamı qorumaq üçün on minlərlə dindar və ruhani fəda etmişdir və kommunist rejimin devrilməsindən sonrakı 30 ildə də İslamın bərpası, qərb və sionizm cərəyanlarının bu ölkədə islami kimliyi dəyişmək, “telorantlıq” və “multikulturalizm” adı ilə saxta kimlikləri hakim etmək kimi siyasətlərilə mübarizə aparmaq üçün çoxlu canfəşanlıq nümayiş etdirib, hər tərəfdən sionistlərin və Amerikanın hücum və planları ona qarşı tuşlanıb.
Azərbaycan hakimiyyəti bu ölkədə fəal islamçıları həbs və işgəncə etməklə öz gücünü göstərməyə və beləliklə, bu siyasi iltihaba qalib gəlmək istəyir. Lakin Hacı İlham Əliyevin həbsi ilə bağlı camiənin verdiyi reaksiyalar göstərir ki, Qafqazın Əbuzərinin öz mücahidliyi ilə İslamın bu ölkədə dirçəlməsi üçün açdığı yol yeni ardıcıllar cəzb etməkdədir və onlar daha artıq şücaət və cəsarətlə sionizm nökərləri qarşısında müqavimət göstərəcək.
Hər halda Azərbaycan Respublikası şücaətli, cəsur, mömin və sionizm əleyhinə olan kişi və qadınlarla doludur, səmədovları, ilhamları, taleləri həbs etməklə, Vaqif Abdullayevləri və digərlərinin şəhid olması ilə sionizm əleyhdarı olan minlərlə kişi və qadın uşaq qatili olan sionist rejiminə qarşı mübarizə bayrağını qaldıracaq, sionist, zülmkar, qondarma rejim, onun başçıları və aşiqlərinin kabusları və qorxusu bu xərçəng şişinin süqut edəcəyi günə kimi azalmayacaqdır.
Bürhan Hişməti
  • Yazılıb
  • da (də) 2020 Mar 13
  • Göndərən جهان کمالی