Tarix : 2020 Mar 15
Kod 59536

Təbriz imam cüməsi: AİP sədr əvəzinin tezliklə azad olunacağına ümidvarıq

Təbriz imam cüməsi: Höccətül-islam Hacı İlham Əliyev fəal ruhani olmuşdur və xalqın maariflənməsində təsirli rolu vardır. Onun tezliklə azad olunacağına ümidvarıq.
AranNews – Təbriz imam cüməsi höccətül-islam vəl-müslimin Seyid Məhəmmədəli Ali-Haşim “Səhənd” telekanalına verdiyi müsahibəsində Rəcəb, Şəban və Ramazan aylarında istiğfar etməyin, Allahdan bağışlanmaq diləməyin çox təsirli olduğunu xatırlamala yanaşı, digər ölkələrdə zülm altında yaşayanlar və İslam dünyası üçün dua etməyi, cinayətkar Amerika və nəhs sionist rejimin məhvini istəməyi, qonşu ölkə Azərbaycan Respublikasında həbs edilmiş əziz və tanınmış ruhani qardaş, qabaqkı illərdə bu ölkənin məktəblərində islami hicabın qadağasına etiraz etdiyinə görə həbs edilmiş və son günlərdə təhlükəsizlik xidməti tərəfindən saxlanaraq barəsində cinayət işi açılaraq 4 aylıq müvəqqəti həbsə məhkum olmuş Azərbaycan İslam Partiyasının sədr əvəzi höccətül-islam Hacı İlham Əliyevin azad olunması üçün dua etməyi tövsiyə etmişdir.
İmam cümə sonda deyib: “Höccətül-islam Hacı İlham Əliyev fəal ruhani olmuşdur və Azərbaycan xalqını maarifləndirməkdə böyük rolu vardır. Onun tezliklə azad olunacağına ümidvarıq.”
Xatırladaq ki, AİP sədr əvəzi, tanınmış ruhani höccətül-islam Hacı İlham Əliyev 29 fevralda Dövlət Təhlükəsizlik Xidməti tərəfindən çağırılmış və barəsində cinayət məcəlləsinin 274-cü maddəsi ilə (dövlətə xəyanət, Azərbaycan əleyhinə düşmənçilik edən dövlət və ya təşkilatlara kömək etmək və s.) cinayət işi açılmış və 4 aylıq müvəqqəti həbsə məhkum edilmişdir.
 
 
  • Yazılıb
  • da (də) 2020 Mar 15
  • Göndərən جهان کمالی