Tarix : 2020 Mar 15
Kod 59537

Ərdoğan və İlham Əliyev razılaşdı: Səfərlər dayandırıldı

Prezident İlham Əliyev və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.

Arannews-Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Rabitə Nazirliyi məlumat yayıb.

“Azərbaycan və Türkiyə prezidentləri iki ölkə arasındakı münasibətləri və regional məsələləri müzakirə edib. Eyni zamanda, koronavirus pandemiyasına qarşı görülən tədbirlər çərçivəsində karqo daşınmalar istisna olmaqla, qarşılıqlı olaraq quru və hava yolu səfərlərinin müvəqqəti dayandırılması barədə razılığa gəliblər”, - nazirliyin məlumatında bildirilib.

Qeyd edək ki, səfərlər 15 mart saat 00.00-dan etibarən müvəqqəti olaraq dayandırılacaq.

  • Yazılıb
  • da (də) 2020 Mar 15
  • Göndərən جهان کمالی