Nozerinin, yaxın bir gələcəkdə yeni quyulara bağlı detallı məlumat verməsi gözlənilir
Iran Servisi/Aran Agentliyi
İranda 4 yeni neft quyusu olduğu açıqlanıb.
İslam-Azerinin AA-ya istinadlı xəbərinə görə,
İran Milli Neft Şirkəti Ümumi Müdiri Seyfullah Ceşnsaz, İranın cənubundakı böyük neft hövzəsində 4 yeni neft quyusu daha tapdıqlarını söyləyib.
Ceşnsaz, son kəşflərlə birlikdə ilin ilk yarısında olan neft quyusu sayının 5-ə çatdığını ifadə edib.
Quyulardakı neft ehtiyatlarının olduqca zəngin və keyfiyyətli olduğunu ifadə edən Ceşnsaz, kəşf işlərinin davam edəcəyini önə çəkib.
İran Neft Naziri Gulam Hüseyin Nozeri, daha əvvəl kəşf edilən bir neft quyusundakı ehtiyatın 1 milyard 100 milyon barelə qədər olduğunu ifadə etmişdi.
Nozerinin, yaxın bir gələcəkdə yeni quyulara bağlı detallı məlumat verməsi gözlənilir.
Dünyanın 4. böyük neft istehsalçısı olaraq bilinən İran, 2007-də təxminən 65 milyard dollarlıq neft ixrac etmişdi.