Tarix : 2020 Mar 17
Kod 59541

Şərqi Azərbaycan Əyaləti universitetlərinin müəllimləri AİP sədr əvəzinin həbsini pislədi

Təbriz və Şərqi Azərbaycan Azad İslam universitetləri siyasi-islami təşkilatlarının müəllimləri Azərbaycan İslam Partiyasının sədr əvəzi Hacı İlham Əliyev və Müsəlman Birliyi Hərəkatının 5 üzvünün həbs edilməsini pisləyib.
AranNews – Redaksiyamızın “ANA” xəbər agentliyinə istinadla verdiyi məlumata görə, Təbriz və Şərqi Azərbaycan Azad İslam universitetləri siyasi-islami təşkilatlarının müəllimləri Azərbaycan İslam Partiyasının sədr əvəzi Hacı İlham Əliyev və Müsəlman Birliyi Hərəkatının 5 üzvünün həbs edilməsini pisləyib və bununla bağlı bəyanat yayıb.
Bəyanatda deyilir:
Bismillahir-Rəhmanir-Rəhim
وَسَيَعْلَمُ الَّذِينَ ظَلَمُوا أَيَّ مُنْقَلَبٍ يَنْقَلِبُونَ
“Zülm edənlər hansı dönüşə dönəcəklərini mütləq biləcəklər!” (Şuəra surəsi)
İslam dünyası və müsəlman ümməti bir sıra daxili və xarici problemlərlə üzləşmişdir. Bu problemlər islami camiə, quruluş və mədəniyyət gerçəkləşdirməsi istiqamətində müsəlmanların iradəsi qarşısında mühüm bir maneədir. Xarici problemlər ABŞ və onun qanunsuz övladı dünya sionizmi, qəsbkar sionist rejimin rəhbərlik etdiyi dünya imperializmi tərəfindən idarə olunur. Daxili problemlər də bəzi İslam ölkələrinin oyuncaq əlaltı və zəif başçıları vasitəsilə müsəlmanlar üçün yaradılır. Bu fasid başçılar Quran və İslama xəyanət bahasına müsəlman ümmətinin məsləhəti və öz ölkələrinin milli maraqlarının əksinə olaraq böyük şeytan və onun əlaltıları ilə birləşərək, tarixi üzüqaralığı qəbul etmişlər. Bugün dünyanın ikinci şiə ölkəsində (Azərbaycan Respublikası) İslam Partiyası sədr əvəzi Hacı İlham Əliyevin islami və insani haqların ziddinə olan haqsız həbsi azad insanların və Əli ibn Əbu Talibin (ə) şiələrinin qəlbini ağrıtmışdır. Nə üçün yadların, onların da başında Amerika və sionist rejimin sifarişi və daxili başçıların əli ilə öz ölkələrində Hacı İlham Əliyev kimilərin əsas humanitar və islami haqları tapdalanmalıdır? Azərbaycan Respublikasında söz və düşüncə azadlığı, vətəndaş haqlarının hörməti İslam və vətəni sevənlərin əsarətə çəkilməsidirmi? Müsəlmanlar həm qeyri-islami bir ölkədə (Hindistan), həm islami ölkədə (Azərbaycan) öz haqlarından məhrum olmalıdırmı?
Biz Təbriz və Şərqi Azərbaycan Əyaləti Azad İslam universitetləri müəllimləri Azərbaycan dövlətinin AİP sədr əvəzi Hacı İlham Əliyev və Müsəlman Birliyi Hərəkatının 5 üzvünün həbs edilməsi ilə bağlı ədalətsiz, qeyri-islami və qeyri-humanitar hərəkətini pisləyir, Azərbaycan dövlət rəhbərlərindən istəyirik ki, İslam və Şiə ölkəsində islamsevərlərə, Əhli-beyt (ə) ardıcıllarına, Əli ibn Əbu Talib (ə) və İmam Hüseyn (ə) şiələrinə hörmətlə yanaşsınlar, onların əsas hüquqlarını pozmasınlar. Habelə, İran İslam Respublikası diplomatik aparatları və beynəlxalq insan haqları təşkilatlarından istəyirik ki, Azərbaycan vətəndaşlarının, xüsusilə də bu ölkə islamçılarının haqlarının bərpası istiqamətində uyğun diplomatik və qanuni addımlar atsınlar.
Yardım Allah tərəfindəndir və qələbə yaxındır
Təbriz və Şərqi Azərbaycan Əyaləti Azad İslam universitetləri siyasi-islami təşkilatlarının bir qrup müəllimi
  • Yazılıb
  • da (də) 2020 Mar 17
  • Göndərən جهان کمالی