Tarix : 2020 Mar 18
Kod 59544

Azərbaycan və Rusiya vətəndaşlarının qarşılıqlı səfərləri dayandırıldı

Azərbaycan və Rusiya vətəndaşlarının qarşılıqlı səfərləri müvəqqəti olaraq dayandırılır.

Arannews-Bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

Məlumata görə, martın 16-da Azərbaycanın Baş Naziri Əli Əsədov ilə Rusiya hökumətinin sədri Mixail Mishustin arasında telefon danışığı olub.

Telefon danışığı zamanı onlar qarşılıqlı razılığa gəliblər ki, koronavirusun yayılmasının qarşısının alınması məqsədilə martın 18-i saat 00.00-dan etibarən iki ölkə arasında gediş-gəliş müvəqqəti olaraq dayandırılsın.

Lakin yük maşınlarının sürücüləri istisna təşkil edəcəklər.

Bundan başqa ölkəyə qayıtmaq istəyən Azərbaycan Respublikasının vətəndaşları üçün çarter uçuşları təşkil ediləcək, məlumatda qeyd edilib.

Bundan əvvəl koronovirusla əlaqədar Azərbaycan və Türkiyə arasında gediş-gəliş martın 15-də saat 00:00-dan etibarən müvəqqəti olaraq dayandırılıb. Azərbaycan Prezidentinin rəsmi saytında yayılan məlumata əsasən, müvafiq razılaşma Azərbaycanın dövlət başçısı ilə Türkiyə prezidenti arasında telefon müzakirələrindən sonra əldə olunub.

"Prezidentlər koronavirus infeksiyasının y

Bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

  • Yazılıb
  • da (də) 2020 Mar 18
  • Göndərən جهان کمالی