İslami Şura Məclisi sədrinin beynəlxalq məsələlər üzrə xüsusi köməkçisi Hüseyn Əmir Abdullahyan Ermənistan dövlətinin Təl-Əvivdə səfirlik açmaq barədə qərarının heyrət doğurduğunu vurğulayaraq deyib: “Bu hərəkət Fələstin xalqının maraqları ilə ziddir və regionun sabitlik və təhlükəsizliyinə mənfi təsir göstərəcək.”
AranNews – Redaksiyamızın “Mehr”-ə istinadla verdiyi xəbərə görə, Hüseyn Əmir Abdullahyan Ermənistan dövlətinin Təl-Əvivdə səfirlik açmaq barədə qərarının heyrət doğurduğunu vurğulayaraq deyib: “Bu hərəkət Fələstin xalqının maraqları ilə ziddir və regionun sabitlik və təhlükəsizliyinə mənfi təsir göstərəcək.”
İslami Şura Məclisi sədrinin beynəlxalq məsələlər üzrə xüsusi köməkçisi Fələstin xalqı haqlarının bərpa edilməsində İslam ölkələrinin mövqelərinə işarə edərək ərəb və qeyri-ərəb ölkələrin sionist rejimlə münasibətləri adiləşdirməsini bərk pisləyib və Ermənistan dövlətinin öz qərarına yenidən baxacağına, məzlum və köçkün düşmüş Fələstin xalqına kömək istiqamətində lazımi tədbirlə həyata keçirəcəyinə ümidvar olduğunu bildirib.